SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bakıya niyə qar yağmır?

9-01-2019, 11:01 | Oxunub: 10 769 |

Bakıya niyə qar yağmır?

Bakıda qış fəslinin ən soyuq ayı sayılan yanvarda əhali qar gözləsə də, ondan əsər- əlamət yoxdur.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, AMEA-nın Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov bunu qlobal iqlim dəyişikliyi ilə əlaqələndirir.

O bildirir ki, hazırda qar yağsa da yerdə qalma ehtimalı sıfıra bərabərdir.

Çünki hava və torpaq səthinin temperaturu yüksəkdir.

Məhərrəm Həsənovun sözlərinə görə, bu qış birmənalı olaraq, 2012-ci ilin qışı kimi sərt olmayacaq, nisbətən mülayim keçəcək.

Bununla belə, indidən paytaxta qar yağmayacağı ilə bağlı hər hansı proqnoz vermək olmaz.

Çünki Bakı və Abşeron yarımadasında qarın yağması üçün meteoroloji şərait adətən yanvarın ikinci yarısı və fevralın birinci yarısında olur.

Bu arada, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinən verilən məlumata görə, sabah ölkə ərazisində güclü külək olacaq, yağış yağacaq. Dağlıq rayonlarda isə hava qarlı olacaq.

Hava şəraiti ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi sərnişinlərə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını, sürücülərə isə yollarda müəyyənləşdirilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edib.


Zərifə Ələkbərova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR