SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Moskvaya mədəsində “xəzinə” aparan qadın saxlanıldı

8-01-2019, 17:58 | Oxunub: 10 781 |

 Moskvaya mədəsində “xəzinə” aparan qadın saxlanıldı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatlarının qanunsuz yolla ölkə ərazisindən çıxarılmasının qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Emtv.az-a verilən məlumata görə, Bakı-Moskva aviareysi ilə gedən Rusiya Federasiyasının vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən, mütləq qaydada bəyan etməli olduğu malları əvvəlcədən gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib.

Xanım vətəndaş 1-ci terminalın A zonasında quraşdırılmış rentgen aparatından keçən zaman monitorda şübhəli əşyaların təsvirləri əks olunduğuna görə saxlanılıb.

Yoxlamadan öncə, həmin şəxsə gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi təklif olunub və o, içərisində beş ədəd boyunbağı olan kiçik kisəni qarın nahiyəsindən çıxararaq gömrük əməkdaşına təqdim edib.

Bundan sonra sərnişinin üzəri təkrar cihazla yoxlanılıb və sərnişinin daxili orqanından iki ədəd kiçik həcmli kisələr müəyyən edilib.

Həmin kisələrə ayrı-ayrılıqda baxış keçirilərkən qızıldan hazırlanmış zərgərlik məmulatları - beş ədəd boyunbağı, beş ədəd üzük-sırğa cütü dəsti, bir ədəd kulon-üzük-sırğa cütü dəsti, dörd cüt sırğa və bir ədəd üzük aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar olunan zərgərlik məmulatları 750 və 583 əyarlı qızıldan hazırlanıb və ümumi çəkisi 219,98 qram təşkil edir. Məmulatların üzərlərində olan ağ şəffaf qaşlar brilyantdır.

Faktla bağlı araşdırma aparılır.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR