SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

BMT-nin insan alverinə dair hesabatı dərc olunub

8-01-2019, 14:41 | Oxunub: 9 633 |

BMT-nin insan alverinə dair hesabatı dərc olunub

Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətlərlə Mübarizə İdarəsinin illik hesabatında bildirilir ki, insan alverinin qurbanları köməksiz insanlar, o cümlədən də uşaqlardır.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Vyanada keçirilən narkotiklər və cinayətkarlıqla mübarizə üzrə Komissiyanın iclasında təqdim olunan hesabatda insan alveri qurbanlarının 30 faizinin azyaşlılar olduğu qeyd edilir. “Dünyanın bütün ölkələrində insan alveri artır, lakin bu hallar ən çox silahlı münaqişə zonalarında mövcuddur. Yaraqlılar və terrorçular öz sıralarını genişləndirmək və gəlir əldə etmək məqsədilə qadın və uşaq alveri ilə məşğuldurlar”, -deyə sənəddə bildirilir.

Dünyanın 142 ölkəsindən daxil olan məlumatlar əsasında hazırlanan hesabatda o da vurğulanır ki, beynəlxalq təşkilatlar və hökumətlər insan alverinə, xüsusən silahlı münaqişə zonalarında qadın və uşaqların istismarına qarşı səyləri gücləndirməlidir.

“Azyaşlıların silahlı qruplaşmalara cəlb olunması, seksual köləlik görünməmiş miqyasda artmaqdadır. Terrorçuların törətdikləri bu cinayətlər yerli əhalini qorxu altında saxlamaq, qadınları öz sıralarına cəlb etdikləri yeni yaraqlılara hədiyyə etmək məqsədi daşıyır”, -deyə BMT-nin Narkotiklər və Cinayətlərlə Mübarizə İdarəsinin rəhbəri Yuri Fedotov vurğulayıb. Onun sözlərinə görə, bu cür hallar cəzasızlıq mühitinin hökm sürdüyü silahlı münaqişə zonalarında daha geniş yayılıb.

Hesabat müəllifləri qeyd edirlər ki, insan alveri qurbanlarının 59 faizi seksual məqsədlə istismara məruz qalan qadınlardır. XXI əsrdə də insanların əmək istismarı məqsədilə kölə kimi satılması halları da çoxalıb. İnsan alveri dünyanın müxtəlif ölkələrində fərqli formalarda təzahür edir. Məsələn, 2018-ci ildə Cənub-Şərqi Asiya ölkələrində gəlin alveri, Mərkəzi və Cənubi Amerikada isə qanunsuz övladlığa verilməsi üçün oğlan uşaqlarının satılması halları artıb. Bundan başqa, Cənubi və Mərkəzi Avropa ölkələrində oğurlanan uşaqları cinayətkarlığa cəlb edirlər, Afrikanın şimalında və Şərqi Avropada isə insan orqanları alveri qurbanlarının sayı çoxalıb.

Aysu Əliyeva,
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR