18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Avropanın 100 milyonlarla avro qiyməti olan 100 futbolçusunun siyahısı açıqlanıb
“CIES Football Observatory” araşdırma mərkəzi Avropanın beş böyük milli çempionatında çıxış edən 100 ən bahalı futbolçunun siyahısını açıqlayıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, siyahıda futbolçular qiymətləndirilərkən onları yaşı və klubları ilə müqavilələrinin müddəti nəzərə alınıb.
Siyahıya “Paris Sen-Jermen” klubunun fransalı hücumçusu Kilian Mbappe başçılıq edir. İyirmi yaşlı hücumçuya 218,5 milyon avro qiymət qoyulub. İkinci yerə İngiltərə millisinin və “Tottenhem”in hücumçusu Harri Keyn (200,3 milyon), üçüncü yerə isə “Paris Sen-Jermen”in braziliyalı futbolçusu Neymar (197,1 milyon) layiq görülüblər. “Mançerster Siti”nin ingiltərəli hücumçusu Rahim Sterlinq (185,8 milyon) dördüncü, “Liverpul”un misirli forvardı Məhəmməd Salah (184,3 milyon) isə beşincidir. “Yuventus”un argentinalı hücumçusu Paulo Dibala (171,9 milyon) siyahıda altıncı, onun həmyerlisi, “Barselona”nın forvardı Lionel Messi (171,2 milyon) isə yeddinci pillədə qərarlaşıblar. İlk onluğu belçikalı Romelu Lukaku (“Mançester Yunayted, 162 milyon), braziliyalı Filippe Koutinyo (“Barselona”, 157 milyon), almaniyalı Leroy Sane (“Mançerster Siti”, 156,1 milyon) tamamlayıblar.
“Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo 127,2 milyon avro ilə 19-cu olub.
Xatırladaq ki, siyahıdakı futbolçuların 27-sinin qiyməti 100 milyon avrodan çoxdur. Onların 16-sı İngiltərə, 5-i İspaniya, 3-ü İtaliya, 2-si Fransa, 1-i isə Almaniya milli çempionatlarında çıxış edir. İyirmi yeddi nəfərlik siyahıda Braziliyadan 6, İngiltərə və Fransanın hər birindən 5, Argentina, Portuqaliya, Belçikanın hər birindən 2, Misir, Almaniya, Seneqal, Uruqvay və İtaliyanın hər birindən 1 futbolçu yer alıb.
Seymur Rəhimov,
Emtv.az