18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Vergilər Nazirliyindən vergi ödəyicilərinə müraciət
Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, müraciətdə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının köçürüləcəyi hesablarda dəyişiklik olmadığı bildirilib.
“Belə ki, 1 yanvar 2019-cu il tarixdən vergi ödəyicisi məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üçün vəsaitləri qeydiyyatda olduğu Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı üzrə Dövlət Xəzinədarlığı orqanlarında mövcud məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ayırmaları üzrə hesablara köçürülməlidir. Hesablar üzrə məlumatlar taxes.gov.az rəsmi internet səhifəsində yerləşdirilib”, – deyə müraciətdə vurğulanıb.
Müraciətdə o da qeyd olunub ki, vergi ödəyicisi tərəfindən səhvən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları vergi və digər büdcə ödənişləri üzrə hesablara köçürüldüyü halda həmin vəsaitlərin əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.
Vergilər Nazirliyi bir daha bəyan edib ki, 01.01.2019-cu il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə hesabatlar vergi orqanlarına təqdim edilməlidir: “Bildiririk ki, qeyd olunan hesabatları sərbəst surətdə təqdim etmək imkanına malik olmayan şəxslər Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 56 ünvanında yerləşən Xidçət Mərkəzinə müvafiq köməklik göstərilməsi üçün müraciət edə bilərlər”.
Sevinc Əlimova,
Emtv.az
Paylaş.