18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Azərbaycan OPEK əməkdaşlıq Bəyannaməsinin reallaşmasında aparıcı rol oynayır" -Baş katib
Azərbaycan OPEK əməkdaşlıq Bəyannaməsinin reallaşdırılmasında aparıcı rol oynayır.
Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuata özəl olaraq təşkilatın Baş katibi Məhəmməd Barkindo deyib.
Baş katib vurğulayıb: "Bu prosesə göstərdiyi fəal dəstəyə və töhfəsinə görə Azərbaycana minnətdarıq, ümid edirik ki, əməkdaşlığımız daha da genişlənəcək".
M.Barkindo əlavə edib ki, ötən il iki dəfə Bakıda səfərdə olub, səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmilərlə görüş keçirib.
OPEK baş katibi Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevi xatırlayıb: "Mərhum nazir (sabiq energetika naziri) Natiq Əliyevin xatirəsini xüsusi hörmətlə anmaq və demək istərdim ki, əməkdaşlıq haqqında Bəyannamənin hazırlanmasında Natiq Əliyev əsas şəxs olmuşdu".
Qeyd edək ki, OPEK+ çərçivəsində Azərbaycan 2019-cu ilin yanvarından sutkalıq neft hasilatının 20 min barel olmaqla, 776 min barelə qədər azaltmaq barədə üzərinə öhdəlik götürüb.
Aysu Əliyeva,
Emtv.az