SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İcra başçısının həbs edilən əmisi oğlu 50 minlik rüşvət ittihamından danışdı

3-01-2019, 12:31 | Oxunub: 10 817 |

İcra başçısının həbs edilən əmisi oğlu 50 minlik rüşvət ittihamından danışdı

Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun əmisi oğlu növbəti dəfə məhkəmə önünə çıxarılıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xalid Məmmədovun məhkəməsi davam etdirilib.

Xalid Məmmədov həbs edilənə qədər Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Xalid Məmmədov özünü təqsirli bilmədiyini deyib və sərbəst ifadə verib.

27 yaşlı Xalid Məmmədov 2017-ci ildən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sədr müavini işlədiyini bildirib.

X.Məmmədov deyib ki, rəisi Əvəz İsmayılov olub. Bildirib ki, işi məhəllə daxili küçələrin, əsas yolların kənarının və məişət tullantılarının təmizləməsinə nəzarət etmək olub.

İcra başçısının qohumu ona qarşı elan olunmuş 50 min manatın rüşvət ittihamından da danışıb.

Özünü təqsirli bilməyən Məmmədov deyib: “Maşınımın ustası İlham Məlikov var idi. 2018-ci il fevral ayında mənə zəng etdi ki, dostu Elsevər tikinti işinə görə mənim yanıma gələcək. Ona dedim ki, tikinti mənlik deyil, o isə məsləhət almaq istədiklərini dedi. Sonra gəldilər, danışdıq, bizim ərazidə torpaqda tikinti işləri görmək istəyirdi. Gedib əraziyə baxdım, dedim, burda tikinti üçün Bakı Şəhər İcra Hakimiyyətindən icazə almalısan. Oradan da sərəncam verilməlidir, layihə təsdiqlənməlidir”.

Xalid Məmmədov baş verənlərdə özünün yox, digər vəzifəli şəxslərin günahının olduğunu qeyd edib: “May ayında 97 saylı MKİS-in sədri Arif Gülgəzov zəng edib dedi ki, həmin ərazidə bünövrə qazılır. Mən orda işi dayandırdım. Səhəri gün İlhamla Elsevər yanıma gəldilər. Elsevər dedi ki Bakı Şəhər İcra Hakimiyyətindən sərəncam alacam. Səhəri gün Əmlak Komitəsi və BŞİH-dən sənədlər gətirdi.

Dedim, bunlar saxtadır, şübhələndim. Buna görə də tanışım Qaçayın yanına göndərdim ki, layihə çəksin və meriyada təsdiqlətsin.

İyun ayında Fövqəladə Hallar Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin tikintiyə nəzarət üzrə vəzifəli şəxsləri əraziyə gəlmişdilər. Mən də ora getdim, meriyanın işçisindən soruşdum ki, bunların sənədləri qaydasındadırmı? Dedi, bütün sənədləri düzdü, sonra da tikintiyə davam etdilər. İki ay sonra da Bakı Şəhər İcra Hakimiyyətindən Zülfəli İsmayılov gəlib tikintini dayandırdı. Mən də Arif Gülgəzovdan Elsevərin bizə verdiyi sənədlərin surətini alıb Zülfəli müəllimə verdim. Sonra da bu hadisələr baş verdi”.

Suallara cavab verən X. Məmmədov sürücüsünün zərərçəkmiş kimi tanınan Elsevər Rufullayevdən 50 min manat almadığını deyib.

İttihamda göstərilir ki, Xalid Məmmədov Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyərkən qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikililərə icazə verib, rüşvət alıb. Bu əməlinə görə ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Amma X.Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. X.Məmmədova sərbəst ifadə vermək imtina edib.

Xalid Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.

Xalid Məmmədov Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almada təqsirli bilinir.

Bildirək ki, Xalid Məmmədov icra başçısı olmuş Razim Məmmədovun göstərişi ilə rayon ərazisində aparılan tikintilərə nəzarət edirmiş.

Aysu Əliyeva,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR