SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Yeni ildən qalma salatları sonrakı günlər yemək təhlükəlidir– Azərbaycanlı həkimlərdən xəbərdarlıq

29-12-2018, 22:14 | Oxunub: 12 940 |

Yeni ildən qalma salatları sonrakı günlər yemək təhlükəlidir– Azərbaycanlı həkimlərdən xəbərdarlıq

Yeni ildə xanımlar bir yox, bir neçə salat hazırlayır. Bəzən salatlara bir-birinə uyğun gəlməyən ərzaqlar da qatılır. Müasir icad olunan salatların çoxu qida standartlarına uyğun deyil.


Salatı hazırladız, bəs onun saxlanması, neçə gün istifadəsi qaydalaeını bilən varmı?

Düzdür bu ənənə təkcə Azərbaycanda deyil, bütün MDB dövlətlərində Yeni il süfrəsindən qalma salatlar sonrakı günlər insanlar yeyir. Hətta salatı bol hazırlayırlar ki, onsuz da evdəyik yeyiləcək.

Belə salatlar uşaqlar, hamilə qadınlar, xəstə insanlar üçün çox təhlükəlidir.

Eləcə də alkoqol qəbul edən insanın öncədən və sonradan " boyat" salat yeməsi zəhəlrənmə baxımından çox risklidir.

Yeni il süfrəsindən qalma salatlar neçə gün sonraya kimi yeyilə bilər? Əgər yemək qadağandırsa niyə?

Emtv.az yerli mətbuata istinadən bildirir ki, həkimlərimiz yekdiklliklə bu salatların 1 gündən artıq saxlanılıb yeyilməsinə qarşı çıxdılar.

" Yeni il salatları, Olivye, Paytaxt, Mimoza kimi salatlar soyuducuda 1 sutkadan artıq saxlanılmır.

Qida normalarına görə hazır salatlar hazırlandıqdan 2-3 saat sonra yeyilməli və bitməlidir.

Salatlarla bağlı qayda budur: hazır yeməklər, salatlar təkrar olaraq termik hazırlanmadan keçməyəcəksə, o zaman onun realizasiyası cəmi 2-3 saatdır. Ondan sonra ərzaqların sterilliyi itir.

Mayonezli, xamalı salatlar, vineqret 2-3 saatdan sonra yeyilirsə, zəhərlənməməkdən qarantın ola bilməz.

Kişilər salatı araqla içdiklərinə görə, bəzən spirtli içki intoksikasiyanı bir az yumşaldır. Qadın və uşaqlar araq içmədiyi üçün xüsusən təhlükə altındadır.

Ona görə bayramdan sonra qida zəhərlənmələri üzrə birinci yerdə bu salatlar durur. Salatlarda çox ərzaq, tərəvəz, bişmiş və çiy tərəvəzlər, üstəlik mayonez, konservalar olduğu üçün risk daha çoxdur. Toylarda da ən çox zəhərlənmə salatların payına düşür. Sonra da zəhərlənmə ilə bayram günü xəstəxanaya düşürlər.

Salatların sonrakı günlər qızdırılıb, isidilib yeyilməsi ümumiyyətlə yolverilməzdir. Hamilə qadınlar yeni il gecəsi salatlardan ehtiyatlı olsun. Çünki dölə ən çox toksiki təsir edən, bəzən dölü zəhərləyib letal sonluğa aparan məhz paytaxt salatı kimi qidalar olur. Çünki salatların tərkibində olan yumurta digər ərzaqlarla reaksiyaya girərək mədə-bağırsaq sistemini pozur.

İnsanlarımız artıq köhnə adəti unutmalı, Yeni il salatlarını az miqdarda hazırlayıb, elə həmin gün yeyib bitirməlidirlər".

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR