17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Prezidentin aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncamının icrası tam təmin edildi
Cari ilin 19 dekabrında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" sərəncamın icrası artıq dekabrın 28-də tam təmin edilib.
Emtv.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən yerli mətbuata verilən məlumata görə, sərəncama əsasən nazirlik 28 dekabr 2018-ci il tarixə ünvanlı dövlət sosial yardımı alan 42 425 ailənin hər birinə 100 manat məbləğində birdəfəlik yardımın ödənişini həyata keçirib. Birdəfəlik yardım aztəminatlı ailələrin bank hesablarına köçürülüb.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə aztəminatlı ailələrə birdəfəlik yardım ödənilməsi üçün sərəncam imzalanması dövlət başçısı tərəfindən bu kateqoriyadan olan ailələrin maddi təminatlarının yaxşılaşdırılmasına daha bir qayğısıdır.
Bununla yanaşı, aztəminatlı ailələrin sosial yardım proqramından asılılığının aradan qaldırılması, gəlirlərinin artırılması və kiçik biznes imkanlarına yiyələnmələri üçün də müvafiq işlər aparılır. Belə ki, cari ildə kiçik ailə təsərrüfatları yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilən 7800 ailədən 1000-i məhz ünvanlı sosial yardım alan ailələrdən ibarətdir.
Aynurə Kərimova,
Emtv.az