18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Burak Yılmaz "Beşiktaş"la anlaşdı
Cari mövsüm "Trabzonspor"da problemlərlə üzləşən Burak Yılmaz klubdan ayrılıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü karyerasını "Beşiktaş"da davam etdirəcək.
İstanbul klubunun transferlərlə məşğul olan rəsmisi Umut Güner Trabzon təmsilçisiylə və futbolçunun agentiylə görüşüb.
Anlaşmaya görə, "Trabzonspor"un Buraka olan borclarının dörddə üçünü "Beşiktaş" ödəyəcək. Qalan hissəni isə qara dəniz təmsilçisi öz boynuna götürüb. 33 yaşlı futbolçu "qara qartallar"da maaşının 3 milyon avro olmasına razılıq verib.
Transferinin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Burak Yılmaz ötən il Çinin "Beyiçzin Qoyan" klubundan "Trabzonspor"a keçmişdi. Burak 2006-2008-ci illərdə "Beşiktaş"da oynayıb.
Təcrübəli hücumçu "Antalyaspor", "Manisaspor", "Fənərbağça", "Qalatasaray", "Əskişəhərspor" kimi klubların da şərəfini qoruyub.
Seymur Rəhimov,
Emtv.az