18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
FETÖ-nün Azərbaycan imamı Elnur Aslanov Dubayda şirkət qurdu – Yığılan “zəkatlar” terror təşkilatının kassasına axır - Fotoları
Maliyyə kanalları bağlanan FETÖ dini istismara davam edir. Terror təşkilatı Dubayda “PayzakatGlobal” adlı şirkət qurub, məzlumlar üçün gələn zəkatları kassasına yığır.
Emtv.az xəbər verir ki, bu barədə Türkiyənin “Axşam” qəzetinin köşə yazarı Osman Nuri Cerit öz yazısında qeyd edib.
Yazar bildirib ki, şirkətin başına FETÖ-nün Azərbaycan imamı, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanov gətirilib.
Osman Nuri Cerit yazır:
“Pensilvanyadakı terror təşkilatının təlimatı ilə hərəkətə keçən FETÖ-çü xainlər internetdə qurduqları “PayzakatGlobal” adlı şirkət üzərindən incə bir planı dövriyyəyə buraxıb. Mərkəzi Dubayda olan şirkət xain terror təşkilatının istismar taktikasından istifadə edərək, internetdən “zəkat” yığır”.
Müəllif yazır ki, rusca, ingiliscə, ərəbcə fəaliyyət göstərən “PayzakatGlobal” şirkətinin başına isə FETÖ-nün Azərbaycandakı imamı Elnur Aslanov gətirilib: “Aslanov sosial şəbəkədəki paylaşımları ilə din istismarçılığını buradan idarə edir. Şirkətin saxtakalığına inan xeyriyyəçilərin məzlumlara yetişəcəyini düşünürək göndərdikləri zəkat və yardımlar isə FETÖ-nün kassasına daxil olur”.
Köşə yazarı qeyd edir ki, Elnur Aslanovun bu şirkətin başına gətirilməsi Azərbaycandakı xəbər saytı “Yeni çağ”da yayımlanan xəbərlə də deşifrə olub.
Osman Nuri Cerit xatırladır ki, Elnur Aslanov 2014-cü ildə Azərbaycanda Prezident Administrasiyasından uzaqlaşdırılıb. O, həmin vaxtdan ABŞ-a qaçıb və hazırda orada yaşamaqdadır.
Aysu Əliyeva,
Emtv.az