SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bakıda daha bir parkda çayxana və kafelər söküləcək? - FOTOLAR

22-12-2018, 21:07 | Oxunub: 15 364 |

Bakıda daha bir parkda çayxana və kafelər söküləcək? - FOTOLAR

Atatürk prospektindəki parkdan sonra metronun "Nərimanov" stansiyasının yaxınlığında yerləşən parkdakı illər öncə tikilmiş kafe və çayxanaların da söküləcəyi xəbərləri yayılıb. Hansılar ki, pərakəndə və yöndəmsiz görkəmi ilə parkın görüntüsünü pozur, üstəlik tullantılar vaxtlı-vaxtında daşınmadığından ərazi natəmizlik yuvasına çevrilib.

Emtv.az xəbər verir ki, parkda 15-ə yaxın obyekt fəaliyyət göstərir, onlardan çoxu kiçik köşklərdə dönərxanadır, küncdə-bucaqda masa üstündə aparatlar quraşdırılıb yağda qızardılmış kartof, peraşki, yaxud çərəz satanlar da var.

Park bir neçə il əvvəl təmir edilib, oturacaqlar, uşaqların istirahəti üçün yelləncəklər, elektriklə işləyən maşınlar quraşdırılıb. Amma indi təmirdən əsər-əlamət qalmayıb, zibil qutuları aşıb, oturacaqların bəzisi sınıb, işləməyən yellənçəklərin üzəri plastik torbalarla qapadılıb. Əvəzində çayxana və kafelərin sayı artırılıb.

"Buradakı obyektlər hər ay 25-30 min vergi ödəyir. Bu park Bakının ən ucuz istirahət mərkəzidir, qiymətləri özünüz müqayisə edin", - parkın girəcəyindəki dönərxananın əməkdaşı özünü təqdim etməsə də, sualımızı cavablayır.

Bəlli olur ki, rəsmi xəbərdarlıq edilməsə də, "Atatürk" parkındakı söküntüdən sonra obyekt sahiblərinin əksəriyyəti təşvişə düşüb. "Dedilər ki, metropolitenin yubiley tədbirində parkın görkəmi məmurların xoşuna gəlməyib, təmir edilməsi məsləhət görülüb. Bundan əlavə heç bir məlumat verilmir", - satıcı deyir.

Başqa bir kafeyə yaxınlaşırıq, içəridə təmizlik işləri aparılır. Özünü Azər kimi təqdim edən kafe əməkdaşı deyir ki, təxminən 4-5 obyektin sənədi yoxdur, digərlərinin fəaliyyəti qanunidir: "Neçə illərdir işləyirik, yəqin ki, qanuni fəaliyyət göstərən çayxanalar ləğv edilməyəcək".

Peraşki qızardıb satan qadınlardan biri isə deyir ki, söküntü olacaq, amma ən tezi gələn ilin martından sonraya nəzərdə tutulub. "Yəqin ki, təmir edəcəklər, çünki bir neçə dəfə gəlib baxıblar", - söyləyir və əlavə edir ki, onun kimilərinə həmişə iş var, bu parkda icazə verməsə, digər parka keçəcək.

Parkın çıxışında, dayanacağın yaxınlığındakı obyektlərdən birinin qarşısına boş qutular, zibil torbaları yığılıb, ətrafda sür-sümük, məişət tullantıları gözə dəyir. "İlk dəfədir bura gəlirsiz?" - parkda gəzişən yaşlılardan biri şəkil çəkdiyimizi görüb soruşur. "Gecədən tullantıları zibil torbalarına yığıb küçəyə qoyurlar. Sahibsiz heyvanlar da torbaları cırıb, tullantıları küçəyə dağıdır, siz sübh tezdən gəlin, şəhərin mərkəzində - metronun yanındakı vəziyyəti görün. Küçələri süpürənlər yazıqdılar, onlara bu qədər zülm etmək olmaz", - sakin narazılıqla davam edir.

Onu da öyrənirik ki, park həm də tüfeyli həyat sürənlərin məskəninə çevrilib. Bir az qaranlıq düşən kimi bomjlar toplanır, çoxu elə burada gecələyir. "Ərazidə başqa park yoxdur. Burdakı kafe, çayxanalarda qiymət ucuzdur, xüsusilə yayda gəlirik, uşaqlar əylənirlər, biz də vaxtımızı keçiririk. Qırıb-dağıdırlar, polis, ya icra hakimiyyəti neyləsin, gecə-gündüz növbə çəkə bilməzlər axı. Polis görəndə irad tutur, təmizlədir", - yaxınlıqdakı binada yaşayan Nəbi Eyvazov deyir.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev isə virtualaz.org-a bildirib ki, onlarda söküntü ilə bağlı məlumat yoxdur: "Görünür, bu şayiədir. Yəqin "Atatürk" parkındakı söküntünü görüb düşünüblər ki, bu park da söküləcək".

Xatırladaq ki, dekabrın 10-dan "Gənclik" stansiyasının yaxınlığında təxminən 2 hektar ərazidə yerləşən Atatürk parkındakı illər əvvəl tikilmiş yöndəmsiz çayxana, kafe və restoranlar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişi ilə sökülür. Yeni layihə əsasında parkda vətəndaşların istirahəti üçün lazımı şərait yaradılacaq, uşaqlar üçün əyləncə qurğuları quraşdırılacaq.virtualaz.org

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR