SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Bakıda 200-ə yaxın qayda pozan sürücü cəzalandırılıb

22-12-2018, 20:56 | Oxunub: 11 972 |

Bakıda 200-ə yaxın qayda pozan sürücü cəzalandırılıb

Bakı Şəhər Baş Polis İdarəsinin tabeli orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı əməliyyat-profilaktik tədbirlər keçirilib.

Emtv.az xəbər verir ki, İdarənin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 21-də aparılan əməliyyat-profilaktik tədbirlər nəticəsində müxtəlif növ cinayət törətdiklərinə görə səkkiz nəfər tutulub, axtarışı elan olunan 29 nəfərin yeri müəyyən olunaraq, saxlanılması təmin edilib, küçə ticarəti ilə məşğul olduqlarına görə 118, avara və dilənçiliklə məşğul olduqlarına görə 25 nəfər barəsində inzibati ölçü götürülüb.

Bununla yanaşı, xırda xuliqanlıq 40, xırda talama 27, antisanitariya 52 fakt, qeydiyyat qaydalarını pozma 1510, digər inzibati xətalara görə 108 fakt və digər hüquqazidd hallar aşkarlanaraq qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlər görülməklə, icra olunub.

Dövlət Yol Polisi xidmətinin əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti qaydalarını pozan ümumilikdə 449, o cümlədən kobud qayda pozuntusuna yol verən, inzibati xəta tərkibi yaradan 175 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.

Müəyyən olunan bir sıra avtomobillərdə çoxavazlı səs siqnalı, səs boğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunan digər avadanlıqlar quraşdırılan doqquz nəqliyyat vasitəsi saxlanılaraq, mühafizəsi təmin olunan duracağa qoyulub, avtomaşını sərxoş halda idarə edən 18, yolu müəyyən olunmayan yerdən keçən 254 piyada barəsində müvafiq tədbirlər görülüb.

Paytaxt polisinin inzibati ərazisində xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.

Aysu Əliyeva,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR