18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Məşhur müğənninin döydüyü həyat yoldaşı: Kaş başqa bir qadına gedərdi...
"Kaş başqa bir qadına gedərdi, amma sağ olardı. Çünki sağ olsaydı, həyatını yaşayacaqdı.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu sözləri Müslüm Gursəsin həyat yoldaşı Möhtərəm Nur Kanal D-də yayımlanan "2-ci Sayfa" verilişinə qonaq olarkən deyib. 2013-cü ildə vəfat edən məşhur ifaçının xanımı əri haqqında özəl xatirələrini paylaşıb:
"Müslüm evdə uşaq kimi, çöldə isə çox ciddi idi. Evdə münasibətlərimiz çox yaxşı idi. Haqsızlığa heç dözümü yox idi. Xoşbəxt idik, ailədaxili şiddət və zorakılıq yox idi. Müslümə aid hər şey üçün darıxıram. Onu hər zaman evin içində - yanımda hiss edirəm, sadəcə səsini eşidə bilmirəm. Tez-tez mətbəxə qəfil soxulmasını xatırlayıram. Əlinə sazını alıb "Hadi, di başla, "Bu Dağlarda Kar Olsaydım"ı ifa et" deyərdi. Qəlbini qırmazdım, mətbəxdən bütün binaya konsert verərdik.
İzah edə bilməyəcəyim qədər yaxşı insan idi. Aramızda nə qısqanclıq mübahisələri oldu, nə də ayrılmağı düşündük. 33 il bir-birimizi çox yaxşı başa düşdük. Çünki bir-birimizə həm ömür-gün yoldaşı, həm ər-arvad, həm dost, həm də valideyn ola bilirdik".
Möhtərəm Nur evliykən Müslüm Gürsesin onu döyməsi haqqında yayılan iddialara cavab verib.
"Hər başdan bir səs çıxır. Əlbəttə, ər və arvad arasında mübahisə olur. Bu, ilk vaxtlar oldu. Amma onu idarə edən adam mən idim. Hər şeyinə dözürdüm. O, mənə qarşı xoşagəlməz mövqe sərgilədiyi zaman susdum...
Bir sillə, iki sillə vurub... Mənə nə olacaq? Heç əhəmiyyəti də yoxdur. 5 dəqiqə sonra "Müslümcüğüm, sənə bir çay gətirim" deyəndə "Hadi, həyatım gətir, içək" deyirdi.
Kaş başqa bir qadına gedərdi, amma sağ olardı. Çünki sağ olsaydı, həyatını yaşayacaqdı. Bəli, dediklərim çox acı ola bilər, dəli kimi sevən insanlar ayrıldıqdan sonra bir-birini unuda bilirlər. Mühüm olan şey həyatda olması idi, bu qədər insan onu sevir.
Mən gedəcəyəm deyə evin bütün radiatorlarını dəyişdirdim, təmir etdirdim. Onu bir gün qarşıma aldım "Müslümcüğüm, bax mən birdən gedərəm, amma bir həftə sonra bir arvad al, yaxşı və ya pis, evlən" - dedim. O, mənə "Dəlisən, necə belə şeylər düşünə bilirsən? Niyə sən öləcəksən, düşmənlər ölsün", - deyə cavab verdi. Mən yenə də ona "Haqqını halal et, zəhmətin çoxdur" dedim. "Halal olsun, lakin niyə sən ölürsən, qoy elə mən ölüm" dedi".
Məlumat üçün bildirək ki, Müslüm Gursəs haqqında çəkilən "Müslüm" filmi Türkiyədə baxış sayına görə bütün rekordları qırıb. Gerçək həyat hekayəsindən bəhs edən filmə kinoteatrlarda 7 həftədə 6 milyon 51 min tamaşaçı baxıb.
Aysu Əliyeva,
Emtv.az