SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Evə girib ər-arvadın ağzını lentlə bağladılar - Məhkəmə

20-12-2018, 18:52 | Oxunub: 12 578 |

Evə girib ər-arvadın ağzını lentlə bağladılar - Məhkəmə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rəşad Zərbəliyev, Kənan Səfərov, Cabir Zərbəliyev, Tural Əliyev, Mehdi Əliyev və İbrahim Mustafayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarın 3-nə təyin edilib.

Qeyd edək ki, quldurluq hadisəsi bu il yanvarın 19-da Şamaxı rayonunun Məlhəm kəndində baş verib. Gecə saat 03:00 radələrində həmin kənddə yaşayan Gülbar Novruzovun evinə girən maskalı şəxslər onun və xanımı Gülyaz Novruzovanın əl-ayaqlarını yapışqanlı lentlə bağlayıblar.

Daha əvvəl bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan zaman dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən R.Zərbəliyev və K.Səfərova qarşı istintaq orqanı tərəfindən daha ağır ittiham irəli sürülsə də, cinayət işində yer alan ittiham aktının nəticə hissəsində bəzi maddələr göstərilməyib.

O söyləyib ki, istintaq zamanı iki zərərçəkmişin olduğu göstərilsə də, cinayət işi materiallarında bir nəfər zərərçəkmişin adı qeyd edilib.

Prokuror qeyd edilən prosessual pozuntuların nəzərə alınmasını və cinayət işinin yenidən istintaqa qaytarılmasını tələb edib.

Məhkəmənin qərarı ilə cinayət işi yenidən prokurorluğa qaytarılıb.

Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR