18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bu qidalar ağızdan gələn pis qoxunu yox edir - SİYAHI
Ağız qoxusu sizi cəmiyyət içində utandırıb, pis vəziyyətə sala bilər. İnsanlar bu kompleksdən qurtulmaq üçün müxtəlif yolları sınayır, bəzən isə min bir əziyyətlə də olsa buna nail ola bilmir.
Ağız qoxusunu soyuducumuzda olan bəsit qidalarla yox edə bilərik.
Emtv.az yerli KİV-ə istinadən bu qidaların siyahısını təqdim edir.
Bitkilər
Bitkilər nəfəsimizi təmizləyib və təravətləndirmə gücünə malikdir.
Bunlardan keşniş, tərxun, nanə ən efektiv vasitələrdəndir.
Bu bitkilərin çayını dəmləyib, içsəniz, tezliklə bu probleminizi həll edə bilərsiniz. Bu bitkiləri çeynəyib yemək də oxşar təsirə malikdir.
Meyvə və tərəvəzlər
Alma, kərəviz və kök kimi sərt meyvə və tərəvəzlər sizə ağız qoxusunu yox etməyə kömək edə bilər.
Sitrus meyvələri
Sitrus meyvələrinin tərkibində turşuların və C vitamininin zəngin olması ilə yanaşı, ağız qoxusu ilə mübarizədə sizə köməkçi vasitələrdəndir.
Bundan əlavə portağal, naringi, qreyfrut və limon kimi meyvələr diş əti xəstəliklərini də müalicə edir.
D vitamini
D vitamini ağızdakı bakteriyalarla mübarizədə birinci yerdə durur.
O müxtəlif yoluxucu bakteriyaları məhv edir və onların yaranmasının qarşısını alır.
Bunun üçün tərkibində yüksək D vitamini olan süd, yumurta və qızılbalıqla rasionunuzu zənginləşdirin. Həmçini qatıq və kəsmiyi də qidalanmanıza əlavə edin.
Su
Sonda siyahımıza başçılıq edən su. Bol su için. Orqanizmə çox xeyirli olan bu maddə ağız qoxusuyla mübarizəyə də liderlik edir.
Aysu Əliyeva,
Emtv.az.