SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Nərimanov Rayon İcra Hakimiyyətinin keçmiş əməkdaşı hakim qarşısında: “Rəhbərlik mənə dedi ki, get, məsələləri həll et”

17-12-2018, 17:08 | Oxunub: 11 678 |

Nərimanov Rayon İcra Hakimiyyətinin keçmiş əməkdaşı hakim qarşısında: “Rəhbərlik mənə dedi ki, get, məsələləri həll et”

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvləri üçün Nərimanov rayonunda tikilən çoxmərtəbəli binada mənzil vədi ilə aldadanların və onların miyonlarla manat pulunu mənimsəyənlərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Emtv.az xəbər verir ki, müttəhimlər kürsüsündə əyləşənlər – cəmiyyətin sədri Səmyar Abdullayev, cəmiyyətin əməkdaşı Hikmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin sabiq rəhbəri Niyaməddin Şıxəliyevdir.

Adları çəkilən şəxslər Cinayət Məcəllləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilir.

Məhkəmə prosesdə şahid qismində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov ifadə verib. O, ifadəsində imtiyazlı ailələr üçün nəzərədə tutulan evlərin verilməsində komissiya sədri olduğunu deyib: “Şəhid ailələri, gözdən əlillər icra hakimiyyətinə şikayətə gələndə hüquq şöbəsinə sənədlərin tezləşdirilməsini xahiş edirdim. Sənədləşmə işi mənim səlahiyyətində deyildi, buna hüquq şöbəsi baxırdı”.

Hakim Novruz Kərimov bildirib ki, 99 faiz vətəndaş Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmədən ev növbəsinə qeydiyyata götürülüb:“Təqsirləndirilən şəxslərə qarşı 6,5 milyon manat pulu dələduzluqla ələ keçirmək ittihamı irəlu sürülüb.

Nərimanov Rayon İcra Hakimiyyətinin keçmiş əməkdaşı hakim qarşısında: “Rəhbərlik mənə dedi ki, get, məsələləri həll et”

Şahid Ş.İbadov bu barədə hüquq şöbəsindən soruşmaq lazım olduğunu deyib: “İcra hakimiyyəti heç kəsdən pul almayıb”.

Hakim zərərçəkmişlərin bir çoxunun gözdən əlillər olmadığını bildirib: “Elə məhkəmədə əyləşən zərərçəkmişlər də görməsi normal olan insanlardır. Onların ali təhsilləri, bir neçə evləri var. Lakin həmin şəxslər gözdən əllillər üçün nəzərdə tutulan mənzillərin alınması qeydiyyatına alınıb. Biz bilmək istəyirik ki, bu, hansı sənədlər əsasında belə olub?”

İcra başçısının müavini bu sualı Hüquq şöbəsinin sabiq rəhbərindən soruşmaq lazım olduğunu qeyd edib.

Tərəflərin suallarını cavablandıran Ş.İbadov bildirib ki, icra başçısının sərəncamları üç ildən sonra məhv edilmir, sənədlərin hamısı arxivə göndərilir: “Bu hadisələr baş verən zaman cənab başçı Abdin müəllim zəng edib dedi ki, bu işlər araşdırılıb, cinayətkar tapılmalıdır. Mən komissiya sədri olan zaman imtiyazlı ailələr evlə təmin edilib”.

Təqsirləndirilən Nərimanov Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin sabiq rəhbəri N.Şıxəliyev deyib ki, Ş.İbadov onu hədələyib: “Belə çıxır ki, icra hakimiyyətində bu işləri yanlız mən görmüşəm, səlahiyyətlər də yalnız məndə olub. Mən orada yalnız sənədləri aparıb-gətirən şəxs olmuşam. Bu məsələ böyüyəndə Şahmar müəllim mənə dedi ki, “get, polisdə izahat yaz”. Mən də gedib izahat yazdım. On bir aydır məhkəməyə gedib-gəlirəm, səhhətimdə problem yaranıb. Düzdür, bu işdə Şahmar müəllimin rolu olmayıb. Mənə göstərişləri Firdovsi müəllim verib. O deyirdi ki, “rəhbərliyin göstərişidir, işləri həll et”.

Hakimin sözlərinə görə, N.Şıxəliyev ifadəsində söyləyib ki, göstərişi başqa şəxsdən alıb. O, “Şahmar müəllim mənə dedi ki, camaatı incitmə, onları yola ver, yoxsa səni işdən qovacağıq” deyib: “Niyaməddin Şıxəliyev ifadəsində söyləyib ki, bu işə onu Şahmar İbadov məcbur edib. Sənədləri də Şahmar İbadovun təziqi altında imzalayıb”.

N.Şıxəliyev ifadəsini təsdiq etdiyini bildirib.

Ş.İbadov isə şikayətlər çox olduğuna görə belə söz dediyini qeyd edib: “Heç kəsi məcbur etməmişəm. Nə də ki, ona müdaxilə etməmişəm”.


Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, S.Abdullayev və digərləri Cinayət Məcəllləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilib. Dəyən zərər isə ümumilikdə 6.5 milyon manatdır.

İttihama görə, iş üzrə zərərçəkənlərdən əlillər üçün tikiləcək binadan mənzil veriləcək adı ilə pullar alınıb. Lakin verilən sözlərə əməl edilməyib.virtualaz.org

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR