18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
UEFA-dan “Qarabağ”a 1 milyon 140 min avro
2018/19 mövsümündə avrokuboklarda iştirak edən Azərbaycan klubları UEFA-dan vəsait alıb.
Emtv.az AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Çempionlar Liqasında çıxış edən “Qarabağ” 1 milyon 140 min, Avropa Liqasında mübarizəni dayandıran “Keşlə”, “Qəbələ” və “Neftçi” hərəyə 240 min avro qazanıb.
UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, UEFA tərəfindən ayrılmış vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
Qeyd edək ki, UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, ümumi kommersiya gəlirinin izafi olması nəzərə alınmaqla birbaşa sabit məbləğin faizinə əsasən, Avropa Liqasının təsnifat mərhələsində iştirak etmiş “Keşlə” (sabiq “İnter”) klubu üçün ayrılmış 25.010 avro vəsait 2017-ci ildə “İnter” Futbol Klubunun borcları AFFA tərəfindən ödənildiyi üçün AFFA-nın balansında saxlanılıb.
Aysu Əliyeva,
Emtv.az
Paylaş.