SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Apteklərdə iynə vurdurmaq, təzyiq ölçdürmək niyə qadağan edilib?

10-12-2018, 15:31 | Oxunub: 13 574 |

Apteklərdə iynə vurdurmaq, təzyiq ölçdürmək niyə qadağan edilib?

Son günlərə qədər bir çoxları iynələrin və sistemlərin vurulması üçün poliklinikalara deyil, cüzi məbləğ ödəyərək yaxınlıqdakı aptek işçisinə müraciət etməyə üstünlük verirdilər.

Bundan əlavə küçədə halı pisləşən yaşlı insanlar və yaxud da hamilə qadınlar da ilk rastlarına çıxan aptekə girib təzyiqlərini ölçdürür və buna müvafiq olaraq dərman atır və ya iynə vurdururdular.

Son zamanlar isə əczaçılar bu xidmətdən imtina edirlər. Bildirirlər ki, apteklərdə iynə vurmaq, hətta təzyiq ölçmək də qadağan edilib.

Aptek işçiləri tərəfindən göstərilən ilk tibbi yardımın kim tərəfindən və nə məqsədlə qadağan olduğu isə sual olaraq qalıb.

Emtv.az xəbər verir ki, bununla bağlı Medicina.az-ın əməkdaşı Səhiyyə Nazirliyinin Mətbuat xidməti ilə əlaqə saxlayıb. Nazirlikdən verilən cavabı təqdim edirik: “Apteklərdə insanlara tibbi yardım və tibbi prosedurların həyata keçirilməsi ilə bağlı qeyri-qanuni bir hal yoxdur.

Çünki apteklərdə işləyən insanlar tibbi savada malikdirlər. Şəhərdə apteklərin sayı kifayət qədər çox olduğu üçün səhhəti pisləşən insanların yolüstü ora müraciət edib təzyiqlərini ölçdürərək, iynə vurdurmaları təbii haldır.

Aptek şəraitinin gigiyenik və sanitar normalara uyğun gəldiyini də göz önünə alsaq, burada qorxulu heç bir şey yoxdur.

Qaldı ki, icazə məsələsinə, Səhiyyə Nazirliyi tərəfindən apteklərdə insanlara ilk tibbi yardım göstərilməsini və inyeksiya edilməsini qadağan edən qanun yoxdur. Bu iş aptek müdiri, yəni sahibkarlar tərəfindən tənzimlənir. İcazənin verilib-verilməməsi də birbaşa sahibkarın özündən asılıdır.

Çünki xəstəyə tibbi yardım göstərilərkən və ya iynə vurub sistem qoyarkən təbii ki, satış prosesi ləngiyəcək. Bu isə sahibkarın marağında olmaya, buna görə də sahibi olduğu aptekdə bu kimi işlərin həyata keçirilməsinə qadağa qoya bilər.

Bundan əlavə iynə vurduran şəxslər təbii ki, həmin tibb işçilərinə müəyyən məbləğdə pul da ödəyirlər. Çox güman ki, qadağanın ikinci səbəbi bununla bağlıdır.

Çünki bu pul əczaçıya çatdığı üçün sahibkar iş vaxtı əlavə işlərlə məşğul olmasına icazə verməyə bilər. Bu hal yalnız müdir–işçi arasında tənzimlənməlidir”.

Xumar Rəsulova,
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR