SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Trampın Ərdoğana dedikləri gizli sözlər açıqlandı

6-12-2018, 19:13 | Oxunub: 14 230 |

Trampın Ərdoğana dedikləri gizli sözlər açıqlandı

Tramp bu yaxınlarda baş tutan “G20” sammiti zamanı məsələni türkiyəli həmkarı ilə müzakirə edib ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana bildirib ki, o, “F-35” tipli qırıcıların satışı ilə bağlı heç bir problem istəmir.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Belçikada NATO sammiti öncəsi jurnalistlərə açıqlamalar verən Çavuşoğlu qeyd edib ki, ABŞ konqresinin satışları blok etmək cəhdlərinə baxmayaraq Türkiyə “F-35”-lərin alınmasında problem görmür. Nazirin sözlərinə görə, Tramp bu yaxınlarda baş tutan “G20” sammiti zamanı məsələni türkiyəli həmkarı ilə müzakirə edib.

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Trampın Ərdoğana dedikləri gizli sözlər açıqlandı

Ərdoğan – Tramp görüşünün detalları məlum olub

Qeyd edək ki, bu yaxınlarda ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə ilə bağlı Konqresə gizli hesabat təqdim edib. Hesabatda Türkiyənin Rusiyadan S-400 almasından bəhs edilir.

Hesabatda qeyd edilib ki, Türkiyə Rusiyadan S-400 alarsa, bu, yalnız “F-35” qırıcılarının Türkiyəyə tədarükünə deyil, həmçinin, “F-16” qırıcılarının, “CH-47f” və “UH-60” helikopterlərinin bu ölkəyə satılmasına təsir edəcək.

Hesabatda bildirilir ki, Türkiyə S-400 alarsa, Pentaqon Türkiyənin “F-35” proqramının tərəfdaş olmasına yenidən baxacaq. Baxmayaraq ki, hazırda Türkiyə “F-35” proqramının mühüm tərəfdaşıdır və bu proqrama 1.25 milyard dollardan artıq sərmayə qoyub.

Sənəddə deyilir ki, Türkiyə hökuməti S-400 tədarükü məsələsində razılığa gəldiyini açıq bildirib və S-400 qəbulu 2019-cu ilin iyulunda reallaşacaq.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bundan bir müddət öncə deyib ki, S-400 ilə bağlı razılığa gəlinib və bunun ləğvi mümkün deyil.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR