18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Bəzən belə oyunlarda çox bəsit qollar buraxırsan” – Qurban Qurbanov
“Vacib qələbədir. Bəzən belə oyunlarda çox bəsit qollar buraxırsan. Lakin 5 qol vurub, 3 xal qazanmaq hamı üçün vacib idi. Rəqibə də uğurlar arzulayıram”.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIII turunda “Keşlə”ni 5:1 hesabı ilə məğlub etdikləri oyunu şərh edərkın söyləyib. 46 yaşlı mütəxəssis daha sonra sualları cavablandırıb:
– İkinci hissədə qolların arda-arda gəlməsi nə ilə bağlıdır?
– İlk hissəyə də aqressiv başlamışdıq, qol imkanlarımız oldu. Fasilədən sonra alındı. Komandaya belə hesabların faydası olur.
– Bu gün “Sportinq”ə 1:6 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışdınız?
– Belə düşünmürəm. Avrokubok və çempionat oyunlarına fərqi yanaşmışam. Belə bir fikir ümumiyyətlə yox idi. Həqiqətən bizim üçün çox ağır məğlubiyyətdir və hələ də yaddan çıxmayıb. – “Sportinq”ə 1:6 uduzub, “Keşlə”yə 5:1 hesabı ilə qalib gəldiniz. Bu, Avropa ilə Azərbaycan arasında uçurum deməkdir?
– Uçurum deməzdim, fərq böyükdür. “Sportinq” təcrübəsi olan, Avroliqada nəticə göstərən komandadır. Portuqaliya çempionatı da bizdən üstündür, bunu qəbul etməliyik.
– “Keşlə” ilə oyunun bir gün irəli çəkilmsəsi sırf AVRO-2020-nin püşkatmasında iştirakınızla bağlıdır?
– Sırf püşkatma ilə bağlı idi. Zaur Axundova zəng vurdum ki, Tərlan Əhmədovla məsləhətləşin, bir gün irəli çəkək. Sağ olsunlar, pozitiv yanaşdılar. – AVRO-2020-nin püşkatmasında AFFA rəhbərliyi də təmsil olunurdu. Federasiya prezidenti ilə görüşüb, son oyunlardan danışdınız?
– Püşkatmadan əvvəl görüşdük, problemlərdən danışdıq. Zatən, futboldan danışmalıyıq, başqa mövzumuz yoxdur.
– AVRO-2020-nin seçmə mərhələsində hədəf neçə xal olacaq? – Bizə hər nə qədər tanış ölkələr olsalar da, onlarla daha yaxından maraqlanmalıyıq. Sabit nəticə üçün öz oyununu yaxşılaşdırmalısan. Hər bir oyuna maksimum nəticə üçün çıxmağa çalışmalıyıq.
Aysu Əliyeva,
Emtv.az