SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“Görünüşcə “bomj”a oxşasa da…”

4-12-2018, 10:58 | Oxunub: 11 558 |

“Görünüşcə “bomj”a oxşasa da…”
Müğənni Zamiq Hüseynov gözlənilən “Özü bilər” adlı yeni klipini təqdim edib.

Emtv.az xəbər verir ki, üç gündür MTV Azərbaycan kanalında yayımlanan layihə bu gün sənətçinin “Youtube” səhifəsinə yerləşdirilib.

Zamiq sözləri və musiqisi MC Murada məxsus mahnını reper Elşad Xose ilə duet şəklində ifa edib. Sənətçinin müzakirələrə səbəb olan layihəsinin rejissoru Şahin Qurbanovdur.

Zamiq bir neçə həftədir ki, danışılan obrazından söhbət açıb. O, klipdə “bomj” yox, küçə musiqiçisini canlandırdığını qeyd edib:

“Dünyanın müxtəlif ölkələrində küçə musiqiçisi ilə məşğul olanlar var. Hansı ki, həmin şəxslər arasında populyar olanlar,hətta albomları belə satışda olanlar var. Mənim də canlandırdığım küçə musiqiçisi kənardan baxımsız, kasıb obraz kimi görsənsədə, lakin həyata bağlı, musiqi ilə yaşayan,öz görünüşündən, sürdüyü həyatdan razı və xoşbəxt bir obrazıdır.
“Görünüşcə “bomj”a oxşasa da…”
Yəni, həyatını özü bildiyi kimi yaşayır, xarici görünüşcə “bomj”a oxşasa da, daxilən gözəl və zövqlüdür. Hətta klipdə bir kadr var ki, musiqiçi güzgüyə baxır və özünü yaraşıqlı,gözəl geyimli Zamiq Hüseynov kimi görür. Fikirləşdim ki, illərdir Zamiq baxımlı, rəngarəng və xanımların əhatəsində kliplər çəkdirir. Bu mahnını eşidən kimi fərqli bir obrazı canlandırmaq istədim. Bundan sonra da özümü maraqlı rollarda sınayacam”.

Zamiq açıqlamasında qeyd edib ki, ekran işinin çəkilişləri 48 saat davam edib: “Klipi iki gün ərzində çəkdik. Deyərdim ki, bu klipim üzərində böyük bir kamanda çalışıb. 18 nəfər aktyordan ibarət olan bu layihə fərqli məkanlarda çəkildi, iki gün gecə saatlarınadək davam etdi. Sonunda “Özü bilər” adlı bəyəndiyim bir layihə ortaya çıxdı. İndi isə klipimi sizin öhdəliyinizə buraxıram”.

Bu məqamda bildirək ki, sənətçinin tərəf müqabili Elşad Xose layihədə sürücü obrazını canlandırıb.

Xumar Rəsulova
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR