17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Polis rəisi haqda məlumat yayan sürücüyə 15 sutkalıq həbs verilib
Sosial şəbəkələrdə Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi polkovnik-leytenant Cavanşir Ələkbərovla bağll məlumat yayan şəxs həbs edilib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Qasımov Fariz Mürvət oğlu Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. O, polis rəisinə böhtan atmaqda ittiham edilir.
Xatırladaq ki, Fariz Qasımov "whatsApp" sosial şəbəkəsində məlumat paylaşmışdı. O, deyirdi ki, Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Cavanşir Ələkbərovun xidməti maşını sürücülərə tələ qurur.
Sürücü Babək prospektində hərəkətdə olan zaman qara rəngli, 005 nömrəli “Toyota Camry” markalı avtomobil aşağı sürətlə hərəkət edir, nəticədə arxadan gələn sürücülər əsəbləşərək onu sağdan ötür.
Guya 005 nömrəli maşını Cavanşir Ələkbərov özü idarə edir və qarşıda onu ötən sürücüləri yol polisi saxlayaraq maşını cərimə meydançasına aparır. Buna isə rəis özü göstəriş verir.
Xətai Rayon Məhkəməsinin qərarı ilə Fariz Qasımova 15 sutkalıq həbs cəzası verilib.
İlkin Muradov.