SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Rusiya sərhədə tankları yeridir, Putin telefon zənginə cavab vermir...

28-11-2018, 18:32 | Oxunub: 11 253 |

Rusiya sərhədə tankları yeridir, Putin telefon zənginə cavab vermir...

Ukrayna Rusiya ilə tammiqyaslı müharibə təhlükəsi qarşısındadır və ona görə ölkədə hərbi vəziyyətin elan edilməsi zəruridir.

Emtv.az xəbər verir ki, belə bəyanatla Ukrayna prezidenti Pyotr Poroşenko yerli telekanallara müsahibəsində çıxış edib.

Prezident deyib ki, noyabrın 25-də Azov dənizində 3 Ukrayna hərbi gəmisinin Rusiya tərəfindən ələ keçirilməsi ilə nəticələnən insident son 4 il yarımda-Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün başlamasından bu yana ən fövqəladə hadisədir. “Rəsmən, şevronları çıxarmadan, “yaşıl adamlardan” istifadə edilmədən Rusiyanın çoxsaylı hərbi gəmiləri Ukrayna silahlı qüvvələrinin gəmilərinə hücum ediblər”-Poroşenko həmin insidenti belə qiymətləndirib.

Ukrayna prezidenti jurnalistlərə kəşfiyyat məlumatlarına dair materialları və peyk fotolarını təqdim edib. Həmin fotolarda və materiallarda Rusiya tanklarının Ukrayna sərhədləri boyu cəmləşdirilməsi müşahidə edilir.

“Gördüyünüz kimi bizim sərhədlərimiz boyu yerləşən bazalarda Rusiya tanklarının sayı 3 dəfə artıb. Onlar ora hansı məqsədlə yeridiliblər? Bizim sərhədlərimiz boyu dislokasiya olunmuş hərbi bölmələrin sayı kardinal şəkildə artıb. Mümkün təlimlərlə bağlı deyilənlər özünü heç cür doğrultmur. Ona görə də mən istəyirəm ki, hamı bunun oyuncaq olmadığını bilsin. Ölkə Rusiya ilə tammiqyaslı müharibə təhdidi altındadır”-Poroşenko deyib.

Ukrayna prezidentinin sözlərinə görə, Rusiya Azov dənizində də gəmilərinin sayını xeyli artırıb. Daha çox “Kerç kanalı” rayonunda gəmilərin cəmləşməsi müşahidə olunur. Habelə 2014-cü ildən bəri Krımda rus əsgərlərinin sayı 3 dəfə, BTR-lərin sayı 5 dəfə, gəmilərin və təyyarələrin sayı azı 5-10 dəfə artırılıb.

Poroşenko qeyd edib ki, noyabrın 25-də Ukrayna gəmiləri Azov və Qara dənizlərdən istifadəyə dair beynəlxalq razılaşmalar çərçivəsində hərəkət edib. Gəmilər öz marşrutları barədə əvvəlcədən məlumat veriblər, Kerç körfəzindən keçmək üçün trafic-kontrol göstərişlərinə dəqiq əməl ediblər. Onlara əmr edilib ki, akvatoriyanın müəyyən zonasında dayansınlar və Kerç körfəzinin kanalına keçmək üçün növbə gözləsinlər. Lakin Ukrayna gəmiləri təxribatın qurbanı olub və prezidentin sözlərinə görə, bundan sonra 2008-ci ildə Gürcüstana qarşı tətbiq edilən ssenari işə düşməli idi. Poroşenko deyib ki, Rusiya gəmiləri və təyyarələri Ukrayna gəmilərinə atəş açıblar , bu da beynəlxalq konvensiyalara görə təcavüz hesab olunur.

“Həmin gecə mən təcili olaraq Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı üçün sifariş verdim, amma biz cavab almadıq. Bundan sonra Almaniya kansleri Angela Merkelə zəng vurmağa məcbur oldum ki, o Putinlə danışıb saxlanılan Ukrayna hərbçilərinin dərhal azad edilməsini müzakirə etsin”-Poroşenko deyib.Virtualaz.org

Aysu Əliyeva,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR