18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Hülusi Akar: “ABŞ-ın Suriyada müşahidə nöqtələri qurması vəziyyətə mənfi təsir göstərəcək
“ABŞ-ın Suriyanın şimalında müşahidə nöqtələri qurmaq qərarı bölgədəki vəziyyətə mənfi təsir göstərəcək”.
Emtv.az xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hülusi Akar Milli Müdafiə Universitetinin hərbi müəllimləri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Nazir belə addımın bölgədəki ab-havaya çox mənfi təsir edəcəyini ABŞ-ın Birləşmiş Qərargahlar Rəislərinin komandanı, ordu generalı Cosef Danforla söhbətində də diqqətə çatdırdığını vurğulayıb.
“Burada ABŞ hərbçilərinin bir növ YPG terrorçularının qoruduğu şəklində təəssürat yaranacağını söyləmişəm… Bu cür tədbirlərin bölgədəki onsuz da qarışıq vəziyyəti daha da mürəkkəbləşdirəcəyi qənaətindəyəm” , – H.Akar deyib.
Nazir belə addımlara ehtiyac olmadığını, Türkiyə ordusunun sərhəddə təhlükəsizliyi təmin etmək üçün lazımi tədbirlər gördüyünü da söyləyib.
Aynurə Əliyeva,
Emtv.az
Paylaş: