SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Anar Məhərrəmov geri çağırılacaq? – XİN-dən rəsmi açıqlama

23-11-2018, 19:08 | Oxunub: 18 144 |

Anar Məhərrəmov geri çağırılacaq? – XİN-dən rəsmi açıqlama

Xarici İşlər Nazirliyi (XİN) BDU-nun sabiq rektoru Abel Məhərrəmovun oğlu, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun geri çağırılması ilə bağlı mediada yayılan məlumatlara münasibət bildirib.

Emtv.az xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva yerli mətbuata açıqlama verərək, bu məsələyə aydınlıq gətirib.

L.Abdullayeva deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinə əsasən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edib, geri çağırmaq Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərinə aiddir: “Hal-hazırda Anar Məhərrəmovun geri çağırılması məsələsinə baxılmır”.

XİN rəsmisi həmçinin Anar Məhərrəmovun İspaniyadakı biznesi ilə bağlı məsələyə də münasibətini bildirib: “Bu məsələlər Azərbaycan Respublikasının Dövlət Qulluğu haqqında Qanunu və Korrupsiyaya qarşı Mübarizə Qanununda öz əksini tapıb. Qeyd olunan hüquqi sənədlərə əsasən dövlət qulluqçularına dövlət qulluğu ilə əlaqədar müəyyən fəaliyyət məhdudiyyətləri qoyulur və bu sırada dövlət orqanlarında əlavə ödənişli fəaliyyətlə məşğul olmamaq qeyd olunur. Səfir Anar Məhərrəmovun şəxsi bizneslə məşğul olub-olmadığına gəldikdə isə bizdə bu barədə məlumat yoxdur və bununla bağlı suallar Səfir A.Məhərrəmova ünvanlana bilər”.

İspaniyada keçirilən tədbir ilə bağlı Bakıdan 2 ton ağırlığında diplomatik yükün göndərilməsinin həqiqətə uyğun olub-olmaması və XİN-nin belə bir yükün diplomatik yük olaraq daşınmasına icazə verilməsi ilə bağlı sualı cavablandıran Leyla Abdullayeva həmin tədbirlə bağlı XİN tərəfindən hər hansı diplomatik yükün daşınmasına icazə verilmədiyini deyib.

Aynurə Kərimova,
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR