18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Akademik Valeri Ulyanişşevin 120 illiyi qeyd ediləcək
Prezident İlham Əliyev akademik Valeri İvanoviç Ulyanişşevin 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Emtv.az xəbər verir ki, sərəncamda bildirilir ki, 2018-ci ilin dekabr ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Valeri İvanoviç Ulyanişşevin anadan olmasının 120 illiyi tamam olur.
Akademik Valeri Ulyanişşev Azərbaycanın mikroflorasına dair fundamental araşdırmaları və bu sahədə mühüm nailiyyətləri ilə respublikada biologiya elminin aktual problemlərinin öyrənilməsinə, eləcə də kənd təsərrüfatı üçün böyük əhəmiyyətə malik bir sıra məsələlərin həllinə sanballı töhfələr verib.
Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası akademik Valeri Ulyanişşevin 120 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Seymur Rəhimov,
Emtv.az
Paylaş: