18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Paşinyan azlıqların dəstəyini almaq istəyir – Verxoturov
Ermənistanda cinsi azlıqların təbliği mövzusu bu gün gündəmdə olan və KİV-lərdə işıqlandırılan mövzudur.
Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuat bildirir ki, İrəvanda noyabr ayında planlaşdırılan cinsi azlıqların forumuna hakimiyyətin reaksiya verməməsi emosional şəkildə müzakirə olunur.
Bundan başqa, Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın parlamentdə cinsi azlıqların nümayəndəsi barədə açıqlamaları da birmənalı qarşılanmadı.
Xatırladaq ki, Parisdə olarkən N.Paşinyan emiqrantla söhbət edərək onu Ermənistana geri qayıtmağa çağırmışdı. O isə cinsi azlıq nümayəndəsi olduğunu və Ermənistandan təzyiqlərə görə getdiyini deyib.
Bu mövzu Rusiyanın “Danışır Moskva” radiostansiyasında jurnalist Sergey Dorenko tərəfindən tənqid olunub. Rusiyalı jurnalist bildirib ki, N.Paşinyan cinsi azlıqlara münasibət məsələsində qeyri-müəyyən mövqe tutub və Yerevanda narazılığa səbəb olub.
Onun sözlərinə görə, Ermənistan vətəndaşları hesab edir ki, bu cür təbliğat milli dəyərlərə və prinsiplərə ziddir və cəmiyyətin özəyini dağıdır.
Bu məsələni rusiyalı politoloq, ictimai xadim Dmitri Verxoturov Trend-ə şərh edib.
Onun sözlərinə görə, Sergey Dorenko emosional çıxış etsə də, ümumilikdə haqlıdır: “Paşinyanın siyasətçi mövqeyi yoxdur. O, cinsi azlıqlar barədə onların şəxsi həyat hüquqlarının pozulması kontekstində danışa bilərdi. Amma o, belə demədi. Əgər bu kontekstdə söhbət getsəydi, mübahisə olmazdır. Amma cinsi yönümlülüyə görə təqib olunduğu ilə fəxr etmək, milliyət və irqə görə təqiblərə məruz qalmaq fəxr etmək kimidir”.
O qeyd edib ki, cinsi azlıqların paradının və ya forumlarının keçirilməsi Avropada siyasi təzyiq vasitəsinə çevrilib: “Paşinyan da bu vasitəni Ermənistanda istifadə etmək istəyir. Fikrimcə, Paşinyan Ermənistanda cinsi azlıqları öz müttəfiqinə çevirməyə cəhd edəcək”.
Sevinc Əlimova,
Emtv.az
Paylaş.