SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

General Vladimirov: Rusiya və Türkiyə yeni dünya düzəni qurur

23-11-2018, 18:53 | Oxunub: 19 722 |

General Vladimirov: Rusiya və Türkiyə yeni dünya düzəni qurur

Ankara Rusiya Araşdırmaları İnstitutu (RUSEN), Rusiyanın Ankara Səfirliyi, Rus-Türk İctimai Forumu, Ankara İldırım Beyazıt Universiteti və AK Partiya Xarici Əlaqələr Rəhbərliyinin təşkilatçılığı ilə “Türkiyə -Rusiya münasibətləri: Gələcəyi formalaşdırmaq” mövzuzunda forum keçirilib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, forumda “Təhlükəsizlik və hərbi əməkdaşlığı” iclasında çıxış edən general Aleksandr Vladimirov “Türk axını” layihəsi ilə bağlı mövqeyini açıqlayarkən deyib ki, Rusiya və Türkiyənin prezidentləri strateji baxımından yeni dünya düzəninin memarlığının tikintisinin əsasını qoyub.

Rusiya-Türkiyə münasibətlərinin gələcəyinin formalaşdırılmasının zəruri olduğunu vurğulayan Vladimirov deyib ki, Rusiya və Türkiyə sağlam dialoq quraraq, yeni dünya nizamını birlikdə qurur: “Yalnız dialoq vasitəsilə dünyadakı problemlər həll oluna bilər. Bütün ölkələrin bunu anlaması lazımdır”.

Forumda çıxış edən Rusiya müdafiə və təhlükəsizlik üzrə eksperti İlya Kramnik deyib ki, Türk müdafiə sənayesi məhsulları da Rusiyanın marağını çəkə bilər. Rusiya ilə Türkiyə arasında hərbi sahədə 2015 ildən sonra yeni hadisələr baş verməyə başladığını qeyd edən Kramnik deyib ki, S-400 müqaviləsi imzalandı: “Bu müqavilənin dəyəri 2,5 milyard həcmindədir. Daha öncə bu yöndə belə bir iş birliyi müqaviləsi olmayıb. Hərbi tərəfdaşlıq gələcəkdə davam edəcək”.

Türkiyənin müdafiə sənaye sahəsində mühüm uğurlara imza atdığını qeyd edən Kramnik qeyd edib ki, hər iki ölkənin də hərbi məhsul məsələsində həm idxalçı, həm də ixracatçı ola biləcəyini dilə gətirib.

Türkiyənin istehsal etdiyi müdafiə sənayesi məhsullarının də Rusiyanın marağını çəkə biləcəyini ifadə edən Kramnik bildirib ki, pilotsuz uçan aparatları (PUA) məsələsində Türkiyə böyük uğurlar əldə edib: “Artıq bu sahədə istehsala da başlanılıb. İki ölkə arasında pilotsuz uçan aparatlar sahəsində iş birliyi ola bilər. Rusiya Türkiyə istehsalı olan bu PUA-lara maraq göstərə bilər”.

Türkiyəli təhlükəsizlik məsələləri üzrə ekspert, polkovnikl Yusif Alabarda Türkiyənin Rusiya ilə münasibətlərində tarazlığın təmin olunduğunu, həmçinin son illərdə Türkiyədəki müdafiə sənayesi sahəsində ciddi addımların atıldığını dilə gətirib.

Aynurə Kərimova,
Emtv.az


Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR