SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Babək prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq

22-11-2018, 13:45 | Oxunub: 14 773 |

Babək prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Aparılan təmir işləri ilə əlaqədar olaraq noyabr ayının 23-dən 24-nə keçən gecədən etibarən Yeni Günəşli yaşayış sahəsi istiqamətində Babək prospektinin Mikayıl Əliyev küçəsi ilə kəsişməsində (Maşın bazarı) yerləşən avtomobil körpüsünə giriş məhdudlaşdırılacaq.

Emtv.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) yerli mənbələrə verilən məlumata görə, Babək prospektinin Məzahir Rüstəmov küçəsi ilə kəsişməsində kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar olaraq aidiyyəti qurum tərəfindən qazıntı işləri aparıldığı üçün Məzahir Rüstəmov küçəsindən alternativ olaraq istifadə etmək mümkün deyil.

Bu üzdən sözügedən istiqamətdə də, yəni prospektin Məhəmməd Hadi küçəsi ilə kəsişməsinin yan yolunda, Sərhəd Xidməti Olimpiya kompleksinin qarşısından avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Sürücülər alternativ olaraq Məzahir Rüstəmov küçəsi çıxmaq şərti ilə, digər yollardan, daha dəqiqi Məhəmməd Hadi-Seyid Əzim Şirvani, Məhəmməd Hadi-Sarayevo və Məhəmməd Hadi-Neapol küçələrindən, Nobel prospekti-Ukrayna dairəsi, Nobel-Gəncə prospektləri və Nobel prospekti-Zığ şosesindən, həmçinin sadalanan küçə və prospektlərə birləşik olan digər yollardan istifadə edə bilərlər.

Məhdudlaşma şənbə və bazar günləri ərzində qüvvədə olacaq. Bazar ertəsi, yəni noyabr ayının 26-dan etibarən sözügedən istiqamətdə məhdudlaşma aradan qaldırılacaq.

Yarana biləcək müvəqqəti narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Xumar Rəsulova
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR