18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Cüdo üzrə Azərbaycan çempionatı başa çatdı
Bakı İdman Sarayında keçirilən cüdo üzrə Azərbaycan çempionatı başa çatıb.
Emtv.az xəbər verir ki, yarışın son günü kişilərdə 4, qadınlarda da 4 çəki dərəcəsində qalib və mükafatçılar məlum olub. Orxan Səfərov (66 kq), Gültac Məmmədəliyeva (52 kq), Murad Fətiyev (81 kq), Diana Şoranova (63 kq), Süleyman Yaqubov (-100 kq), Nuranə Muradova (-78 kq), Günel Həsənli (70 kq) və Şahin Qəhrəmanov (+100 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adına layiq görülüblər. Mükafatçılara medallar, Azərbaycan Cüdo Federasiyasının diplomları, pul mükafatları təqdim olunub.
Komanda hesabında ilk üç yeri tutan - "Neftçi", "Dinamo" və "Cüdo 2012" klublarının baş məşqçilərinə kuboklar, diplomlar verilib. Respublika çempionatının gedişini izləmək və yarışların daha peşəkar səviyyədə keçməsi üçün ölkəmizə dəvət olunan Avropa Cüdo Birliyinin Hakimlər Komitəsinin başçısı Aleksandr Yatskeviç, qurumun komissarları Frank de Bur, Frank Oçko tərəfindən birinciliyin ən yaxşı 3 hakimi müəyyənləşdirilərək onlara mükafatlar təqdim olunub.
Çempionatın sonunda bu günlərdə yubileyini qeyd edən, məşqçi, Azərbaycan Cüdo Federasiyasının Yarışların Təşkili və Keçirilməsi Komitəsinin üzvü Arzu Axundova xatirə hədiyyəsi təqdim edilib.
Sevinc Alimova
Emtv.az
Paylaş.