18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Ramiz Mehdiyev Moskvaya gedib...
Moskvada MDB üzvü olan ölkələrin təhlükəsizlik Şuralarının katiblərinin illik görüşü keçirilir.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan tərəfdən Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak edir.
“Təhlükəsizlik Şuralarının katibləri terrorçuluq fəaliyyətlərinin maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı birgə mübarizə məsələlərini müzakirə edirlər”-Rusiya tərəfinin yaydığı məlumatda deyilir.
Görüşün gündəliyinə habelə MDB məkanında regional təhlükəsizliyin təmin edilməsinin digər aktual məsələləri, təhlükəsizlik Şuralarının xətti ilə beynəlxalq əməkdaşlıq mövzusu müzakirə edilir.
İclası Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev açıb və çıxışında bildirib ki, gündəmdə MDB ölkələri üçün ümumi olan təhdidlər, çağırışlarla bağlı problemlər dayanır. O bildirib ki, 2017-ci ildə keçirilən sonuncu belə görüşdən sonra MDB ölkələri İŞİD, “Əl-Qaidə” və onlarla bağlı olan terror təşkilatlarının barəsində analitik informasiyaların mübadiləsini təşkil ediblər. Habelə MDB xarici işlər nazirlərinin BMT Təhlükəsizlik Şurası meydançasında Mərkəzi Asiyada regional tərəfdaşlığın qurulması mövzusunun müzakirəsi üçün görüşü keçirilib.
“Habelə bu müddətdə beynəlxalq terror qruplarının fəaliyyətinin qarşısının alınması üzrə komanda-qərargah və praktiki antiterror təlimləri çərçivəsində birgə tədbirlər sınaqdan keçirilib. Hərbi-texniki əməkdaşlıq inkişaf edib”-məlumatda deyilir.
Seymur Rəhimov,
Emtv.az
Paylaş: