18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Yol qəzalarında 7 nəfər ölüb
Dünən respublika ərazisində ölümlə nəticələnə bir neçə yol qəzası baş verib.
Emtv.az DİN-ə istinadən xəbər verir ki, noyabrın 20-də saat 17 radələrində Şəki rayonunun Vərəzət kəndi ərazisində rayon sakini Asiman Sədirov idarə etdiyi “VAZ-21061” markalı avtomobillə yolu keçən kənd sakini, azyaşlı Mehrab Qasımovu vurub. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Noyabrın 20-də saat 19 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində kənd sakini Fazil Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmkəndlisi Rəhilə Namazovanı vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Həmin gün 1 saat fərqlə Sumqayıt ərazisində şəhər sakini Ceyhun Baxışov idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən Yavər Əhmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Eyni saatda isə Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Rahim Sultanov idarə etdiyi “Daewoo” markalı avtomobilli yolun kənarında dayanmış paytaxt sakini Emil Həsənova məxsus “Audi” markalı avtomobilə vurub. Nəticədə R.Sultanov hadisə yerində ölüb, E.Həsənova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Noyabrın 20-də saat 22 radələrində Zaqatala rayonunun Yolayrıç kəndi ərazisində rayon sakini Emin Kahayev idarə etdiyi “Priora” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində, sərnişini Amid Şabanov isə xəstəxanada ölüb.
Noyabrın 21-də saat 1 radələrində Balakən rayonunun Poçtbinə kəndi ərazisində Bakı şəhər sakini Ülvi Əliyev idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub və zərbədən avtomobil aşıb. Sürücü hadisə yerində ölüb.
Seymur Rəhimov,
Emtv.az
Paylaş: