17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda xurmada Aralıq dənizi meyvə milçəyi aşkarlandı – Foto
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri tərəfindən mütəmadi olaraq monitorinqlər davam etdirilir.
Emtv.az xəbər verir ki, Agentlikdən verilən məlumata görə, monitorinqlər çərçivəsində Bakı şəhəri ətrafında yerləşən kəndlərdə karantin zərərli orqanizmlər sirayətlənməsi şübhə doğuran xurma məhsulundan müayinə üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Bildirilir ki, aparılan müayinələr nəticəsində nümunələr götürülmüş xurma məhsulunda Aralıq dənizi meyvə milçəyi (Ceratitis capitata (Wedemann)) aşkar olunub. Bu zərərli orqanizm xüsusi ilə müxtəlif fəsilələrdən olan meyvə ağaclarına zərər vurur. Həmçinin, meyvələrin çürüməsinə səbəb olan göbələklərin yayılmasına şərait yaradır.
Məlumata görə, bununla bağlı olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinə profilaktik tədbirlərin görülməsi üçün müraciət olunub.
Qeyd edək ki, Aralıq dənizi meyvə milçəyi Azərbaycan Respublikasının ərazisi üçün karantin tətbiq edilən zərərli orqanizm olmaqla, Türkiyə, Rusiya, Albaniya, Əlcəzair, Xorvatiya, Kipr, Misir, Fransa, Yunanıstan, Macarıstan, İsrail, İtaliya, Malta, Mərakeş, Portuqaliya və s. kimi ölkələrdə yayılıb.
İsmayil İsmayilov
Emtv.az