18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Belarusdan Paşinyanın ittihamlarına cavab: “Küçə demokratiyası böyük siyasətdə məqbul sayılmır”
KTMT-nin Astanada keçirilən sammitində Belarus və Qazaxstanın sərgilədiyi mövqe təşkilat daxilində, xüsusən də Ermənistanla Minsk, Astana arasında ciddi qalmaqala səbəb olub.
Belə ki, KTMT-də müzakirə olunan məsələlərin həmin təşkilatın toplantısında müşahdiəçi qismində iştirak edən Azərbaycana dolğun məlumat verilməsi İrəvanın ciddi etirazına səbəb olub.
Nəticədə çıxılmaz vəziyyətə düşən Ermənistanın baş nazir postunu icra edən Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko və Qazaxstan prezidenti Nursultan Nazarbayevdən məsələyə aydınılıq gətirməsini tələb edib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Paşinyan hətta Lukaşenkoya hədə dolu mesaj ünvanlayaraq, İrəvanın Minsklə münasibətlərinə yenidən baxılacağını bəyan edib.
“Onlar indiyədək Ermənistanla etdikləri rəftara qarşı öyrəşdikləri ənənəvi münasibətləri bundan sonra görə bilməyəcəklər. Yoxsa, bir çoxlarında bizimlə münasibətlərində kiçik ölkə və xalq kimi yanaşma cəhdi təəssüratı yaranmaqdadır. Mən bir şeyi dəqiq deyə bilərəm ki, bu mümkün olmayacaq”, – Paşinyan vurğulayıb.
Paşinyanın Belarus prezidenti Aleksandr Lukaşenkoya ünvanlandığı müraciət barədə danışan Belarus XİN rəsmisi A.Qlaz deyib ki, görünür, Paşinyan bununla beynəlxaql prokuror rolunu oynamaq istəyib.
“Ola bilsin ki, Paşinyan belə bir hərəkəti Ermənistandan vətəndaşı olan KTMT-nin baş katibi Yuri Xaçaturovla olan məsələ ilə bağlıdır.
Ancaq o unutmamalıdır ki, dövlətlərarası münasibətlərdə dəqiq etiket və protokol qaydaları hökm sürür. Yəqin ki, cənab Paşinyan hələ də başa düşə bilmir ki, küçə demokratiyası böyük siyasətdə məqbul sayılmır. Çox təəssüf edirik. Ümid edirik ki, bu, zamanla keçəcək”,- belarsulu diplomat vurğulayıb.
Məqaləni hazırlayıb Mürtəza
Emtv.az