18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Əli Kərimli 2500 manat cərimələnərək sərbəst buraxıldı – Yenilənib
AXCP sədri Əli Kərimli ilə birlikdə saxlanılanlar bəziləri barəsində məhkəmə qərar çıxarıb.
Ramid Nağıyev, AXCP təşkilat şöbəsi – İXM 513.2 maddə- 400 manat cərimə
Sərdar Qubadsoy, Xətai şöbəsi – İXM 513.2 maddə- 400 manat cərimə
Fatimə Mövlamova, blogger – İXM 513.2 maddə- 500 manat cərimə
Nurlan Libre, Kanal13 internet televiziyasının əməkdaşı – İXM 513.2 maddə- 500 manat cərimə?
Orada izahatı alındıqdan sonra 41 nəfər, o cümlədən Cəmil Həsənli sərbəst buraxılıb. Daha sonra Əli Kərimli də sərbəst buraxılıb.
Ə.Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) və 513.2-ci (“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddələri ilə ittiham edilir.
Digər şəxslər isə sadəcə 513.2-ci maddə ilə təqsirli bilinirlər.
***
AXCP sədri Əli Kərimli Səbail Rayon Məhkəməsinə gətirilib.
Onuda qeyd edək ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılmışdır.
***
10:41
Sanksiyasız aksiya təşkil etdiklərinə görə saxlanan AXCP üzvləri bu gün məhkəməyə çıxarılacaq.
Emtv.az Musavat.com-a istinadən xəbər verir ki, noyabrın 17-də saxlanılaraq barələrində inzibati protokol tərtib olunanların tam siyahısı yayılıb. Onlar aşağıdakılardır:
1. Əli Kərimli- AXCP sədri, barəsində İnzibati Xətalar Məcəlləsinin 513.1, 513.2 maddələri irəli sürülüb;
2. Ramid Nağıyev- 513.2, AXCP təşkilat şöbəsi;
3. Ruslan Əmirov-513.2, Əli Kərimlinin mühafizəçisi;
4. Tahir Həsənov- 513.2, Suraxanı şöbəsi,
5. Cavid İbrahimli- 513.2, Xətai şöbəsi;
6. Sərdar Qubadsoy-513.2, Xətai şöbəsi;
7. Ağababa Cəfərli-513.2, Masallı şöbəsi;
8.Əlixan Rəcəbov- 513.2, Masallı şöbəsi;
9.Ramiz Cəfərov- 513.2, Xətai şöbəsi;
10.Fatimə Mövlamova- 513.2;
11. Nurlan Libre – 513.2;
Aynurə Kərimova,
Emtv.az
Paylaş.