SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bir neçə şəhid ailəsinə 11 min manat ödənildi - FOTOLAR

17-11-2018, 19:29 | Oxunub: 11 794 |

Bir neçə şəhid ailəsinə 11 min manat ödənildi - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri Şəmkir rayonunda vətəndaş qəbulu çərçivəsində bu rayonda yaşayan, özünüməşğulluq proqramına cəlb olunmuş şəhid ailələri ilə görüşüblər.

Emtv.az xəbər verir ki, rayonun Qaracəmirli və Tatarlı kəndlərindəki şəhid ailələri ilə görüşdə prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının əhəmiyyəti xüsusi vurğulanıb.

Nazirlik rəsmiləri fərmana əsasən, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinin həyata keçirildiyini, bu prosesin ardıcıl davam edəcəyini bildiriblər.

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan bəhs olunub. Şəhid ailələrinin özünüməşğulluq proqramına cəlb olunması istiqamətində də müvafiq işlər görülür. Cari ildə 158 şəhid ailəsi bu proqramda iştirak edir.

Şəhid ailəsi üzvləri sosial təminatlarının daim gücləndirilməsinin, həm də kiçik ailə təsərrüfatlarını yaratmaq üçün özünüməşğulluq proqramı ilə əhatə olunmalarının onların rifahına, yaşayış şəraitlərinin yaxşılaşdırılmasına mühüm bir dəstək olduğunu vurğulayıblar.

Onlar göstərilən bu böyük qayğıya görə prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Aynurə Kərimova,
Emtv.az

Bir neçə şəhid ailəsinə 11 min manat ödənildi - FOTOLAR
Bir neçə şəhid ailəsinə 11 min manat ödənildi - FOTOLAR
Bir neçə şəhid ailəsinə 11 min manat ödənildi - FOTOLAR

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR