SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“KQB-nin Meydan hərəkatına qoşduğu adamlar…” Sərdar Cəlaloğlu

17-11-2018, 17:38 | Oxunub: 11 598 |

“KQB-nin Meydan hərəkatına qoşduğu adamlar…” Sərdar Cəlaloğlu

Milli Azadlıq Hərəkatının liderləri arasında “KQB” agentlərinin olub-olmaması uzun illərdir ki, müzakirə edilir. Məncə, bu artıq boyat mövzudur və ona qayıtmağın mənası yoxdur. Nəzərə almaq lazımdır ki, Meydan hərəkatının 30 ili tamam olur və indi o vaxtkı situasiya yoxdur.

Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Meydan hərəkatının liderləri arasında KQB agentlərinin olub-olmaması haqda sualları cavablandırarkən deyib.

Sərdar Cəlaloğlu bildirib ki, artıq indi nə SSRİ “KQB”-si, nə də onun şəbəkəsi var: “Ola bilərdi ki, o zaman Dövlət Təhlükəsizlik Komitəsi Meydan hərəkatını idarə etmək niyyəti ilə öz adamlarından istifadə etsin. Ancaq fakt olmadığı üçün konkret ad çəkə bilmərəm. Məntiqlə sovet hökumətinin hərəkata qoşduğu adamlar olub. Amma konkret olaraq onların kimlər olduğunu deyə bilmərəm. Fikrimcə, ölkənin siyasi həyatının ayrı-ayrı hadisələrində insanların tutduğu mövqedən onların kimə xidmət etdiyini bilmək olar”.

ADP sədri bildirib ki, bu məsələni bilmək üçün arxivə müraciət olunmalıdır: “Çox güman ki, arxivlərdə bununla bağlı nələrsə var. Məncə, bu həm bizim, həm də Moskva arxivlərində ola bilər”.

Xatırladaq ki, noyabrın 17-də Azərbaycanda milli azadlıq uğrunda mübarizənin başlandığı Meydan hərəkatının 30 ili tamam olur.
Mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov mətbuata açıqlamasında vurğulayıb ki, birmənalı şəkildə hərəkat liderləri sırasında agentlərin olmadığını deyə bilməz: “Kimlərinsə müəyyən əlaqələri olub. Bunu bilənlər yaxşı bilir. O zaman sovet “KQB”-si işləyirdi”.


Sevinc Əlimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR