SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Cabbarov AFFA prezidenti olur

16-11-2018, 15:21 | Oxunub: 9 312 |

Cabbarov AFFA prezidenti olur

Azərbaycan futbolunun 10 illik “Rövnəq Abdullayev əsarəti” bitir.


Böyük ehtimalla, gələn ilin mart ayında Rövnəq Abdullayev AFFA prezidenti postundan gedəcək.

Emtv.az yerli mənbələrə istinadən xəbər verir ki, Onun yerini isə vergilər naziri Mikayıl Cabbarov tutacaq.

Bunu labüd edən bir sıra amillər var.

Bu 10 il müddətində futbol təsərrüfatına milyardlara vəsait yatırılsa da, nəinki ciddi nəticə əldə etmək mümkün olmadı, ümumiyyətlə, futbolun Azərbaycanda populyarlığı demək olar ki, itdi.

“Qarabağ”ın avrokubokların qrup mərhələsində bir neçə il ardıcıl mübarizə aparmasını çıxmaq şərti ilə, ölkə futbolunda əldə olunan nəticələr yatırılan vəsaitlə təzad təşkil edir.

Xüsusən də milli komandalar səviyyəsində bu təzad özünü daha qabarıq büruzə verir. Azərbaycanın bütün yaş qrupları üzrə yığma komandaları Avropanın ən zəif komandalarından hesab olunurlar.

Bu da o deməkdir ki, ayrılan vəsait bünövrənin qurulmasına yox, görüntüyə xərclənib. Rövnəq Abdullayevin 10 illik rəhbərliyi dövründə bütün iş adamları futbol təsərrüfatından uzaqlaşdı.

İndi onları bu sahəyə cəlb etmək müşkül məsələyə çevrilib. Sahibkar, iş adamı ilk növbədə əmin olmalıdır ki, futbola edəcəyi yatırımın nəticəsi olacaq.

Bu, bütün dünyada belədi. İdmana yatırım edən sahibkarın motivasiya üçün hansısa marağı olmalıdı.

Azərbaycan futbolunda sahibkarlar, iş adamları olmadıqca, burda kütləviliyə nail olmaq mümkünsüzdü.

Rövnəq Adullayevin rəhbərliyi müddətində isə bunu reallaşdırmaq olmaz. Ona görə də AFFA-da prezidentin dəyişməsi günün tələbidir.

Vergilər naziri sahibkarlarla, iş adamları ilə birbaşa təmasda olan dövlət rəsmisidir.

Böyük ehtimalla, Mikayıl Cabbarovun AFFA prezidenti seçilməsindən sonra futbola dövlət dəstəyi ilə bağlı xüsusi proqram qəbul ediləcək.

Üstəlik, sahibkarlara, iş adamlarına, futbola yatırım edəcəkləri təqdirdə, ciddi güzəştlər də nəzərdə tutulacaq.

Bu güzəştlər həm iri şirkətləri, həm də orta sahibkarları futbol sahəsinə yatırım etməyə stimullaşdıra bilər. Güzəştlərdən sonra iş adamların futbol sahəsinə axını bu idman növünün bütün ölkə boyu yayılmasına şərait yaradar.

Məlumata görə, Azərbaycanın nəinki iri şəhərlərində, rayon mərkəzlərində, hətta kəndlərində də futbol məktəblərinin açılması nəzərdə tutulub.

Bir sözlə, Azərbaycan futbolu inqilabi dəyişikliklər astanasındadır. Bu dəyişiklikdən isə qorxmağa dəyməz. Çünki futbolumuzun bundan da pis durumu ola bilməz. Deməli, istənilən dəyişiklik inkişafa yol açacaq.


Xumar Rəsulova

Emtv.az
Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR