18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Təmiz Şəhər” ASC beynəlxalq sərgidə təmsil olunur
“Təmiz Şəhər” ASC tərəfindən yerinə yetirilən məişət tullantılarından yeni məhsulların hazırlanması, zibil yandırılmaqla elektrik enerjisi hasil edilməsi və tullantılardan incəsənət əsərlərinin hazırlanması işləri Beynəlxalq “Caspian Ecology” 2018 – 9-сu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində nümayiş olunur.
Sərgi 14-16 noyabr tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilir.
Emtv.az xəbər verir ki, ətraf mühitin mühafizəsi üzrə keçirilən sərgidə yerli şirkətlərlə yanaşı, Almaniya, Böyük Britaniya, Türkiyə, Ukrayna və digər ölkələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edir.
“Təmiz Şəhər” ASC-nin sərgidəki stendində ekoloji mühitin qorunması sahəsində qurumun gördüyü işlər nümayiş etdirilir. Müəssisə Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda tullantılardan əldə edilmiş müxtəlif növ materialları çeşidləyərək təkrar emala yönləndirir. Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə zibil kütləsi yandırılmaqla elektrik enerjisi hasil edilir.
“Təmiz Şəhər” ASC həmçinin, Abşeron göllərinin kompleks bərpası layihəsini icra edir. Böyükşor gölünün bərpası sahəsində artıq birinci mərhələ icra olunub. 1000 hektar sahəsi olan gölün 300 hektarlıq ərazisi və gölün sahili müxtəlif tullantılardan təmizlənib.
Sərgidə ziyarətçilər həmçinin, “Təmiz Şəhər” ASC-nin həyata keçirdiyi sosial layihələrlə də tanış olublar. Belə layihələrdən biri Heydər Əliyev Fondu ilə birgə icra olunan “Tullantıdan sənətə” Beynəlxalq İncəsənət Sərgisidir. 7 ildir ki, keçirilən bu sərgidə 42 ölkənin rəssam və heykəltəraşlarının tullantı materiallarından hazırladığı incəsənət əsərləri nümayiş edilib. Sərgi bitdikdən sonra əsərlər Qala qoruğunda yerləşən “Tullantıdan sənətə” muzeyində yerləşdirilir. Sərgi ziyarətçiləri üçün həmin muzeyə virtual tur təşkil edilir.
Qeyd edilənlərlə yanaşı, sərginin keçirildiyi Baku Expo Mərkəzinin foyesində “Tullantıdan sənətə” muzeyindən gətirilmiş 20-dən artıq eksponat nümayiş olunub.
Xumar Rəsulova
Emtv.az
Paylaş.