SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Müəllimlər deputatdan nəyi xahiş ediblər? – Milli Məclisdə açıqlandı

13-11-2018, 19:33 | Oxunub: 10 685 |

Müəllimlər deputatdan nəyi xahiş ediblər? – Milli Məclisdə açıqlandı

“Bir millətin inkişafında təhsil ən önəmli faktordur. Təhsil sahəsində görülən işləri dəstəkləyirik. Lakin orta məktəb müəllimlərinin xahiş etdiyi məsələ var ki, onun hökumət tərəfindən nəzərə alınması zəruridir. Onlar xahiş edirlər ki, orta məktəb müəllimləri də sosial ipotekada güzəştlərə əlavə edilsin. Onlar da güzəştli kateqoriyaya əlavə olunarsa, bu onlara övlətin dəstəkindən yararlanmağa imkan verəcək”.

Emtv.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

Təhsil kreditləri ilə bağlı məsələyə toxunan deputat söyləyib ki, təhsil kreditlərinin həm həcmi, həm də əhatə dairəsi genişləndirilməlidir: “Onlarla gənc təhsil haqqını ödəməyə çətinlik çəkdiyi üçün oxumaqdan imtina etmək məcburiyyətində qalırlar. Xüsusilə də I kursa daxil olan gənclər belə çətinliklərlə daha çox üzləşirlər. Çünki, I kursda illik pulu gənclərimizdən bütöv şəkildə tələb olunur. Onlara da vəsaitin il boyu ödəmək şansı verilməlidir. Yataqxanaların sayı az olduğundan tələbələr kirayə pulu da ödəyirlər. Bu, rayonlarda yaşayanlar üçün maddi çətinliklər yaradır”.

Azərbaycanda autizm xəstələrinin sayının ildən-ilə artdığını deyən Q. Paşayeva deyib ki, bununla bağlı proramlar olmalıdır: “Ailələr çıxılmaz vəziyyətdə qalıblar. Bu məsələnin nəzərdə saxlanılmasını xahiş edirik”.

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR