17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Məşhur professordan MARAQLI TÖVSİYƏ: Yatağın altına sabun qoysanız...
Dünya şöhrətli türkiyəli professor və ürək cərrahı Mehmet Öz çarpayının altına lavanda sabunu qoymağı tövsiyə edib.
Bəs bu, nəyə faydalıdır?
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, türkiyəli həkim bu üsulun narahat ayaq sindromuna müsbət təsir etdiyini irəli sürüb.
Narahat ayaqlar sindromu yuxuda, ya da istirahət zamanı (oturarkən və ya yatarkən) ayaqlarda hiss edilən rahatsızlıq, uyuşma bəzən də tam olaraq ifadə olunmayan bir hissdir. Bu xoş olmayan hissi aradan qaldırmaq üçün insan ayaqlarını daim hərəkət etdirmək məcburiyyətində qalır.
Narahat ayaq sindromunun səbəbləri müxtəlifdir. Bunun altında parkinson xəstəliyi, böyrək çatışmazlığı və diabet kimi səbəblər yata bilər. Bəzən qəbul edilən bəzi dərmanlar və ya hamiləlik də narahat ayaq sindromuna təkan verir.
Doktor Mehmet Öz buna təbii həll yolu kimi lavanda sabunu məsləhət görüb. Onun sözlərinə görə, bu üsul elmi baxımdan təsdiqini tapmasa da, sabunda olan sodium klorür dəridən bədənə daxil olur.
Amerikanın nüfuzlu xəstəxanasında çalışan həkim bu vəziyyət üçün əzələləri yumşaldıcı xüsusiyyətlərə sahib olan lavanda sabununu təklif edir.
Xumar Rəsulova
Emtv.az
Paylaş.