SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Dünya şöhrətli hindistanlı yoqin Sadhquru Bakıda xoşbəxtliyə və mənəvi harmoniyaya çatmaqdan danışdı

10-11-2018, 16:57 | Oxunub: 8 517 |

Dünya şöhrətli hindistanlı yoqin Sadhquru Bakıda xoşbəxtliyə və mənəvi harmoniyaya çatmaqdan danışdı
Heydər Əliyev Mərkəzinin dəvəti ilə Bakıya ilk dəfə dünya şöhrətli hindistanlı yoqin və mistik, daha çox Sadhquru kimi tanınan Caqqi Vasudev səfər edib.

Emtv.az yerli mənbələrə istinadən xəbər ki, Sadhquru noyabrın 10-da Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edəcək. Mərkəzdə təşkil olunacaq mühazirə "Mənəvi quruculuq: gümrahlığın texnologiyaları" mövzusuna həsr olunub.

Ötən gün isə Sadhquru Heydər Əliyev Mərkəzində KİV nümayəndələri ilə görüşüb və onların suallarını cavablandırıb.

Hindistanın 50 nüfuzlu şəxsinin sırasında olan Sadhquru yoqin, mistik, bestseller müəllifidir, özünü insanların mənəvi və fiziki rifahının yüksəlişinə həsr edib. O, müstəsna xidmətlərinə görə Hindistanın "Padma Vibhuşan" ("Padma Vibhushan") dövlət mükafatı ilə təltif olunub.

Dərin, təsirli və məntiqli çıxışları Sadhquruya natiq kimi beynəlxalq nüfuz qazandırıb. Mövcud problemlər və dünya məsələlərinə dəqiq, qəti baxışı, insan rifahı mövzusuna öz yanaşması olan Sadhquru bir sıra beynəlxalq forumlarda, o cümlədən BMT-nin mənzil qərargahında əsas, Dünya İqtisadi Forumunda isə mütəmadi çıxışçı olub, TED konfranslarında izləyicilərlə görüşüb. O, Oksford, Stenford, Harvard, Uorton, Yel universitetlərində, Massaçusets Texnologiya İnstitutunda və dünyanın digər qabaqcıl ali təhsil müəssisələrində çıxış edib.

- Cənab Sadhquru, Azərbaycana xoş gəlmisiniz! Zəhmət olmasa, bu ölkə ilə bağlı ilk təəssüratlarınızı bölüşün.

- Azərbaycan minillik tarixi olan qədim ölkədir. Əsrlər boyunca Azərbaycanla Hindistan arasında dostluq, mədəni və mənəvi əlaqələr mövcud olub. Bakı ətrafında qədim "Atəşgah" məbədi yerləşir və xüsusilə Hindistandan olmaqla dünyanın hər yerindən yüzillər boyunca zəvvarlar cəlb edib. Onlar öz adətlərinə və inanclarına uyğun olaraq burada yaşayıblar. Bu, Azərbaycanın tarixin dərinliyindən gələn tolerantlığını göstərir. Mən "Atəşgah" məbədində oldum, orada qədimdə mövcud olmuş məişət və inancları gördüm. Ötən əsrlərə və tarixdəki dağıdıcı proseslərə baxmayaraq, Azərbaycan bu tarixi abidəni qoruyub saxlaya bilib. Mən dövlətin "Atəşgah" məbədininin necə qeydinə qaldığını gördüm.

- Bu gün insan dünən olduğu kimi deyil. O dəyişib, daha da həssaslaşıb. Bu, ona görədir ki, o, daha az hiss etməyə və duymağa başlayıb?

- İnsanlar qədimdə olduğu kimidir, yalnız vəziyyət dəyişib, ona görə də onlar hadisələrə başqa cür reaksiya göstərir. Əgər siz fikirləşirsinizsə ki, sosial şəbəkələr vasitəsilə ünsiyyət nəticəsində biz dəyişmişik - bu, belə deyil. Bizi əhatə edən mühitin dərindən dəyişməsinə baxmayaraq, insanları əvvəlki kimi eyni problemlər narahat edir, onlar eyni hadisələrdən əziyyət çəkir və eyni mənəvi dəyərlərə əməl edir. Qeyd etmək lazımdır ki, tarixin heç bir dövründə bəşəriyyət bu qədər rahatlıq içində olmayıb. Biz əvvəlki kimi hadisələrə eyni qorxularla, eyni emosiyalarla reaksiya veririk. Müasir dünyada buna yer olmamalıdır. Amma əvvəlki kimi, bir çox cəmiyyətlərdə qorxu mövcuddur və bunu dəyişməyin və son qoymağın vaxtı çatıb.

- "Əgər həyat biz istədiyimiz kimi davam etsə, onda mən nə edim?" Siz bunu Hindistanda görüşlərinizin birində demisiniz. Bəs bizim bir şey xoşumuza gəlməyəndə, buna münasibətimizi necə dəyişək?

- Hər bir insan fikirləşir ki, hər şey onun arzusu ilə baş verməlidir. Amma iş dünyaya, millətə, cəmiyyətə və hətta ailəyə də gəldikdə heç də hər şey 100 faiz sizin istədiyiniz kimi getmir. Çünki bu prosesdə təkcə siz yox, başqa insanlar iştirak edir və hər birinin öz dünyagörüşü, arzuları və təşəbbüsləri var. Əgər həyat sizin istədiyiniz kimi getsə, onda mən necə yaşamalıyam? Əgər həyat mənim istədiyim kimi getsə, siz necə yaşamalısınız? Əsas odur ki, mənim daxili aləmim mənim arzularımı əks etdirsin. Məhz bu halda mən də, siz də məmnunluq hiss edəcəyik. Əgər daxili aləmimiz xoşagələn olsa, onu bir-birimizə ötürməklə biz dünyanı hər birimiz üçün daha rahat etməyin qeydinə qalarıq. Hər kəs müşahidə edib ki, fərdin əhval-ruhiyyəsi, onun müsbət və mənfi emosiyaları ətrafdakılarda da əks olunur. Ətrafa nə versən, o da sənə qayıdacaq. Ona görə ruhun xoşbəxtliyi ən yaxşı sığortadır.

- Bəziləri mənəvi harmoniyanın və xoşbəxtliyin əldə olunması yolları ilə bağlı məsləhətlər verir? Siz hansı yolu təklif edə bilərsiniz?

- Bilmirəm, başqaları nə məsləhətlər verir, amma mən insanlarla öz təcrübələrimi paylaşıram. Mən öz məsləhətlərini verənlərin dinləri, fəlsəfələri və ya təlimləriylə tanış deyiləm. Mən bunu bilirəm - mənim üçün alınan bir şey, başqalarında da alınıb.

- Siz hiss etmisinizmi, kədər və sevinc hansı nisbətdə gəlir? Niyə kədər daha gec çəkilir?

- Bütün bunlar insanlar tərəfindən düşünülmüş fəlsəfədir. Sevinc və kədər hansısa vaxt intervalına malik deyil. İnsan elə qurulmalıdır ki, daxili aləmi hesabına hadisələr onun istədiyi kimi olmalıdır. Burada sual yaranır - siz uğur və ya uğursuzluğu seçirsiniz? Seçim sizindir!

- Həyatımızın ayrılmaz hissəsinə çevrilmiş stresslərlə və mənfi düşüncələrlə necə mübarizə aparaq? Müsbət emosiyalara necə köklənmək lazımdır?

- Bir daha təkrar etmək istəyirəm, biz bəşəriyyət tarixinin ən yaxşı dövründə yaşayırıq. Bir neçə əsr əvvəl siz, məsələn, su istəsəydiniz, yüzlərlə metr, kilometr yol getməli, sonra bu ağırlığı üzərinizdə evə aparmalı idiniz. Bu gün isə evdə kranı açırsan, su evinizə gəlir. Bu gün ən rahat və sadə dövrdür. Stress isə bizim yaşadığımız vəziyyətə görə yaranmır. Ona görə yaranır ki, biz öz bədənimizi, ağlımızı, emosiyalarımızı necə idarə edəcəyimizi bilmirik. İnsan orqanizmi qəliz zavoddur və məhz insanların özləri zavod direktoru kimi istehsal olunan məhsula görə məsuliyyət daşıyır. Özünüzə sual verin - siz yaxşı direktorsunuz, yoxsa pis? Hər şey öz əlimizdədir! Ona görə də bugünkü günlə bağlı şikayət etməyin. Biz ən rahat vaxtda yaşayırıq. Hamımız bir yerdə öz nəslimizi bəşəriyyət tarixinin ən yaxşısı edə bilərik. Bunun üçün bizim texnologiyalara qədər bütün imkanlarımız var. Mən istərdim ki, Azərbaycanda da bu nəsil dünyada ən yaxşısı olsun.

- Siz deyirsiniz ki, biz bəşəriyyət tarixinin ən yaxşı dövründə yaşayırıq, bəs niyə dünyada bu qədər ədalətsizlik, xəstəliklər və fəlakətlər var? Dünyada harmoniyaya necə nail olmaq olar?

- Bu, belə deyil. Əvvəllər heç vaxt insan ömrü bugünkü kimi uzun olmayıb. Məsələn, 1947-ci ildə - Hindistan müstəqillik əldə edəndə insan orta hesabla 28 il yaşayırdı, indi isə 60-70 il yaşayır. Mən sizin sualınızla razı deyiləm. Sadəcə sizə bu diaqnozu qoyurlar, əvvəllər isə insanlar diaqnozsuz ölürdü. Daha gözəl dünyaya və harmoniyaya can atmaq insanların öz daxili dünyasından, maariflənmədən başlayır.

Xumar Rəsulova
Emtv.az
Paylaş

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR