18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Melbrunda bıçaqla insanlara hücum etmiş şəxs partlayış törətmək istəyib
Avstraliya polisi noyabrın 9-da Melbrun şəhərində polislərə bıçaqla hücum edən şəxsin avtomobilindəki qaz balonlarını da partlatmaq istədiyini bildirib.
Emtv.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
Viktoriya ştatının polis rəisi Qrem Eştonun sözlərini sitat gətirən telekanal bildirir: “Avtomobilini yandıran həmin şəxs çox güman ki, oradakı balonları partlatmağa çalışıb. Cinayətkarın əsas məqsədi partlayış törətmək olsa da, o, bunu həyata keçirə bilməyib”.
Xatırladaq ki, noyabrın 9-da Melburnda bıçaqla silahlanan şəxs polis əməkdaşlarına hücum edib. Kütləvi-informasiya vasitələrinin məlumatına görə, Suonston-strit küçəsində qarışıqlıq buradakı avtomobillərdən birinə od vurulmasından sonra başlayıb.
Müşahidə kameralarındakı görüntülərdən də məlum olur ki, bıçaqla silahlanmış şəxs polis əməkdaşlarına hücum edib. Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb.
Polis hücum edən şəxsə atəş açmaq məcburiyyətində qalıb.
Avstraliya polisi bəyan edib ki, bu hadisə terror aktıdır.
Baş verənlərə görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.
Xumar Rəsulova
Emtv.az
Paylaş.