SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Dövlət Universitetində növbəti hamilik tədbiri keçirilib

5-11-2018, 18:17 | Oxunub: 11 661 |

Naxçıvan Dövlət Universitetində növbəti hamilik tədbiri keçirilib

Naxçıvan Dövlət Universiteti Pedaqoji fakültəsinin Çağırışaqədərki hazırlıq və mülki müdafiə ixtisasının tələbələri ilə birgə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi elmi nəzəri konfrans keçirilib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, hamilik tədbirləri çərçivəsində keçirilən konfransda vurğulanıb ki, gənclər Vətənə sonsuz sədaqət, xalqa məhəbbət, milli adət və ənənələrə hörmət, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə sevgi və məhəbbət, düşmənə nifrət, hər an Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmaq ruhunda tərbiyə olunur.

Bu isə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin nəticəsidir. Məhz onun xilaskarlıq missiyası nəticəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılıb, digər sahələrdə olduğu kimi ordu quruculuğunda da islahatlar aparılıb.

Ordunun müasir texnika ilə gücləndirilməsi, şəxsi heyətin milli, mənəvi-psixoloji hazırlığı istiqamətində mühüm tədbirlər həyata keçirilib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasi fəaliyyətinin ana xəttini təhlükəsizlik, ictimai-siyasi sabitlik, iqtisadiyyatda davamlılıq, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi, ordu quruculuğu təşkil etməklə dövlətimizin və xalqımızın, əmin-amanlığı, tərəqqisi təmin edilməkdədir.

Diqqətə çatdırılıb ki, 2016-cı ilin aprel döyüşləri, bu ilin may ayında Günnüt əməliyyatı Azərbaycan xalqının qələbəyə inamının, ordu və xalqın birliyinin və xüsusi olaraq Naxçıvan Muxtar Respublikası Ali məclisi Sədri cənab Vasif Talıbovun qayğısı altında əsgər və zabitlərin döyüş əzmindən xəbər verir.

Sonda hamilik tədbirlərinin tələbələrin nəzəri biliklərinə təsiri və təcrübədə möhkəmlənməsində rolundan söhbət açılıb.

İsmayil İsmayilov
Emtv.az


Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR