18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Bu hadisələr törədilən vaxt doğulanların hazırda 25-30 yaşı var” – Oruc Zalov
“Təəsüflər olsun ki, Azərbaycan xalqının humanist hisslərindən, qonaqpərvərliyindən istifadə edərək torpaqlarımızın ayrı-ayrı yerlərində məskunlaşmış erməni vandalları sonradan birbaşa həmin torpaqlara yiyələnmək üçün əllərindən gələn ən böyük pislikləri ilk növbədə Azərbaycan xalqına qarşı törədiblər”.
Emtv.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclasda daxili işlər nazirinin müavini, Dövlət Komissiyasının üzvü Oruc Zalov deyib.
O qeyd edib ki, bu hadisələr daha da azğın xarakter alıb, keçmiş Ermənistan rəhbərliyi SSRİ rəhbərliyinin bu hadisələrə mülayim münasibətini hiss edərək torpaqlarımızda yaradılmış Ermənistan ərazisindən yüz minlərlə soydaşımız köçürülüb, onlara soyqırım olunub, mal və mülklərinə qəsd edib: “Bu hadisələr törədilən vaxt doğulanların hazırda 25-30 yaşı var. Biz arxivdə olan məlumatları onlara çatdrmalıyıq. Daxili İşlər Nazirliyi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına bu istiqamətdə bütün mümkün köməkliyi göstərməyə hazırdır”.
Sevinc Əlimova,
Emtv.az
Paylaş,