SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Hacıbala Abutalıbov şikayətçilərin qarşısına çıxdı – Bu sözlərinə görə alqışladılar (Video)

1-11-2018, 13:50 | Oxunub: 11 187 |

Hacıbala Abutalıbov şikayətçilərin qarşısına çıxdı – Bu sözlərinə görə alqışladılar (Video)

Xəbər verildiyi kimi, yük daşıyan maşınların sürücüləri oktyabrın 26-dan etibarən, Bakının mərkəzi ünvanlarına daxil olanda radara düşürlər və nəticədə 40 manat cərimələnirlər.

Emtv.az xəbər verir ki, şəxsi maşınlarıyla yük daşıyan sürücülər cərimələrə görə etiraz ediblər.

Baş nazirin müavini Hacıbala Abutalıbov aksiyaçılarla görüşərək, kiməsə zəng edib, problemi həll etməyə çalışıb: “Bu yük maşınları şəhərə girir. Abid Şərifov tərəfindən protokol var idi ki, saat 8-dən 22-yə kimi yük maşınları şəhərə girə bilməz. Müəyyən hissəsinə icazə verilib, müəyyən hissəsinə yox. Bu, ayrı-seçkilikdir. Bunlara bu ayın 26-na qədər heç bir protokol yazılmırdı. Oktyabrın 26-dan sonra başlayıblar protokol yazmağa. Bunu kim yazıb? İndi öyrən de də dəqiq. Xahiş edirəm, çünki camaatın içindəyəm”.

Hacıbala Abutalıbovun “Qabağınızda ağ çörək yeyib, qara çörəyi yeyənləri düşünmürsüz!” sözləri narazı sürücülərin alqışları ilə qarşılanıb.

Baş nazirin müavini cərimələrin dərhal dayandırılmasını tələb edib: “Mən sizə deyirəm! Dayandırın yığılan pulları! Mən deyirəm, dayandırın. Ümumi qərar qəbul edək ondan sonra! Elə olmasın ki, mən deyəndən sonra protokollardan başlayaq yığmağa. Nə qədər edir, mən verirəm. Amma daha camaatı narazı salmayın. Əvvəl camaata danışaq, deyək ki, budur. Bundan başqa bu olmayacaq”.

Sevinc Əlimova,
Emtv.az

Paylaş:
unikal.org

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR