18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Messinin oğlundan atasına "zərbə": Çəkdiyi şəkil kameraya yaxalandı – Video
“Barselona” klubunun hücumçusu, futbol ulduzu Lionel Messinin oğlu Tyaqo Çempionlar Liqasında İtaliyanın “İnter” klubuna qarşı oyunda matçı stadiondan atası ilə birlikdə izləyib.
Emtv.az xəbər verir ki, tamaşaçıların lentə aldığı bir epizod Tyaqonun da Ronaldo azarkeşi olduğunu aşkara çıxarıb.
Tyaqo kağız üzərində çəkdiyi emblemi atasına göstərib. Video görüntülərdə şəklin detalları aydın görünməsə də, sonradan “Daily Mail” qəzetinin əməkdaşları bunun emblem olduğunu aşkarlayıblar. Amma bu, sadəcə bir emblem deyil, İtaliyanın “Yuventus” klubunun emblemidir.
Məlum olduğu kimi, Krişriano Ronaldo Madridin “Real” klubundan İtaliyanın “Yuventus” klubuna keçid edib. Güman edilir ki, balaca Tyaqonun “Yuventus”-a marağı da məhz bununla bağlıdır. Atası Ronaldo ilə barışmaz rəqabət şəraitində olsa da, Tyaqo öz uşaq məsumluğu ilə Ronaldoya qarşı sevgisini atasına göstərməkdən çəkinmir.
Xatırladaq ki, “Barselona” “İnter”i Messi olmadan 2-0 hesabı ilə məğlub edib.
İsmayil İsmayilov
Emtv.az