18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
700 qutudan çox siqaret müsadirə edildi
Paytaxtda aksiz markası olmayan 700 qutudan çox tütün məmulatı aşkarlanıb.
Emtv.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin (BBGİ) Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə “Chevrolet Aveo” markalı avtomobildə aksiz markası olmayan siqaretlərin daşınmasına dair məlumat daxil olub.
Məlumat əsasında BBGİ-nin əməkdaşları Bakı şəhəri “Nizami” metro stansiyası yaxınlığında dayanmış avtomobilə yaxınlaşaraq nəqliyyat vasitəsinin yük yerinə vizual baxış keçiriblər. Baxış zamanı avtomobilin yük yerində sellofan paketlərin içərisində aksiz markası olmayan siqaretlər müəyyən edilib. Daha sonra nəqliyyat vasitəsinə ətraflı gömrük baxışı keçirilməsi üçün BBGİ-nin inzibati binasına gətirilib.
Hal şahidlərinin də iştirakı ilə keçirilən baxış zamanı avtomobilin yük yerindən üzərində aksiz markası olmayan, qara sellofan paketə bükülmüş “Esse Spesial Gold” yazılmış 400 qutu siqaret, üzərində “Captain black” yazılmış 269 qutu siqar, üzərində “Skandinavik 50g” yazılmış 10 qutu qəlyan tütünü, üzərində “Holland house” yazılmış 15 qutu qəlyan tütünü və üzərində “Milano-London” yazılmış 10 qutu siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
İsmayil İsmayilov
Emtv.az