17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
15 yaşlı oğlanı qorxudub əlindən 77 min manatını aldılar, sonra... - Bakıda AĞLAGƏLMƏZ HADİSƏ
Bakıda yetkinlik yaşına çatmayan şəxsi qorxudaraq ondan külli miqdarda pul alan şəxslərə qarşı əməliyyat keçirilib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Bakı şəhəri Ş.Rəhimov küçəsində yaşayan 1968-ci il təvəllüdlü Ələkbərov Namiq Sahib oğlu hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, naməlum şəxslər onun 15 yaşlı oğluna hədə-qorxu gələrək külli miqdarda pul alıblar.
Məlum olub ki, Cəlal və adları məlum olmayan bir neçə nəfər 15 yaşlı Kamranı (ad şərtidir) müxtəlif vasitələrlə hədələyib və yeniyetmə oğlan 4 oktyabr tarixində 27 min dollar, daha bir gün sonra isə 18 min dollar olmaqla, ümumilikdə 45 min dollar pulu (təxminən 77 min manat) həmin şəxslərə verib.
Müracitin daxil olmasından sonra dərhal müvafiq cinayət işi açılıb və əməliyyat axtarış tədbirləri həyata keçirilib. Artıq yetkinlik yaşına çatmayan şəxsdən hədə-qorxu yolu ilə külli miqdarda pul almış şəxslərdən Həsənli Cəlal İlqar oğlu və Hüseynov Fərhad Elçin oğlu tutularaq istintaqa təhvil verilib.
Cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək yaxalanması istiqamətində iş aparılır.
İsmayil İsmayilov
Emtv.az